Xəbər lenti
Paşa Talıblı: "Hayana gedirsən yoxa çıxırsan"

Manevr.az Rusiyanın Volqoqrad şəhərində yaşayan, Azərbaycan Yazıçılar Birliyinin üzvü Paşa Talıblının yeni şeirlərini təqdim edir:
***
Gecənin yarısı qəfil durasan,
gördüyün bir yorğun yuxu oyada.
Görsən ki, bir şəklin yuxusu imiş,
görsən ki, dünyadı yağlı boyada.
...görsən ki, dünyanın astar üzüdü,
astarı üzündən baha çıxırsan.
...görsən ki, gedirsən, gedirsən elə,
hayana gedirsən yoxa çıxırsan.
...görsən ki, hər üzü üzə güləndi,
fərziyyə fərz edər fağır üzünü.
...görsən darıxırsan bu vəsfi-halnan,
görsən ki, tənhasan çağır özünü.
***
(Emil Rasimoğlunun "Ömür bir qərib yoldu" misrasına....)
Eşq ilə görmək üçün
yarı...yola çıxıram.
...yarı canda qalıram,
yarı yola çıxıram.
...hərə bir şəkil, şəkil
dururuq dünya çəkir.
...qaranlıq, çəkil, çəkil,
yarıl...yola çıxıram.
Bu sevdada ah var, ah...
...La-ilaha-illalah!
Quluna yar ol, Allah,
yar ol...yola çıxıram!
***
Şair deyiləm, arkadaş,
mən söz qoşanın biriyəm.
...xəlbirim su gətirmədi,
suyu daşanın biriyəm.
...ağlımın mənə qəsdiyəm,
yolam, yolun üstüyəm.
...əvvəlin-sonun dostuyam-
Haqqa qoşanın biriyəm.
Halımın xoş halı...keçmir
tez dolur, boşalır...gecmi?..
Könlümdən paşalıq keçmir,
könlü paşanın birliyəm.
Paşa Talıblı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar