Sizin Reklam Burada
Xəbər lenti
09-11-2026
08-11-2026
BÜTÜN XƏBƏRLƏR

Səhər Əhməd: "Yenə Bakıya qar yağır" - ŞEİR

Tarix: 28-01-2017 11:08     Baxış: 61 389 A- / A+
Səhər Əhməd: "Yenə Bakıya qar yağır"


Səhər Əhməd

Yenə Bakıya qar yağır



Yenə Bakıya qar yağır,

Yenə soyuqdu,dostum,

Sənsiz belə havaların

Ləzzəti yoxdu, dostum.

İndi bir çay dəmləyəsən,

Gələm, oturub içək,

Bu həyatın sağlığına

Hərdən bir qurtum içək.

Yenə qapını mən döyüm,

Yenə qapını sən aç.

Mən marketdən konfet alım,

Sən evdən mürəbbə aç.

Sərxoş olmaq istəyirəm,

Bir tünd çay dəmlə, dostum.

Sənə bir söz deyəcəyəm,

Lap təzə dəmli, dostum.

Bu tindənmi dönməliydim,

Bu yol gedirmi sizə,

Bilirəm, şəhərdə yoxsan,

Axtarram evinizi.

Neynim, Bakıya qar yağır,

Neynim, soyuqdu, dostum,

Sənin kimi çay dəmləyən

Bir dostum yoxdu, dostum.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar