Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gəl, birlikdə oxuyaq Azadlıq nəğməsini - Ucal bayrağım, ucal! -ŞEİRLƏR

Tarix: 09-11-2020 21:30     Baxış: 2180 A- / A+
Gəl, birlikdə oxuyaq Azadlıq nəğməsini - Ucal bayrağım, ucal!

Manevr.az tanınmış şair İsmayıl Mərcanlı İmanzadənin şeirlərini təqdim edir:

UCAL, BAYRAĞIM, UCAL

Sən ana Vətənimin
Qüdrətindən halısan.
Varlığınla fəxr edən
Böyük Türk dünyasının
Qatlanmayan qolusan.
Anam Azərbaycanın
Azadlıq simvolusan -
Ucal bayrağım, ucal!
Keç, Murovdan, Keytidən
Hoçazdan, Kirs dağından.
Söhbət aç ün yetməyən
Şəhid ucalığından.
Qoy, hamı xəbər tutsun
Şanlı zəfər çağından.
Ucal bayrağım, ucal!
Üç rəngin-üç hikmətin,
Ay-ulduz nişanlısan.
Yenilməz vüqarın var,
Şöhrətlisən-şanlısan.
Həyatın özü kimi
Sən həmişə canlısan
Ucal bayrağım, ucal!
Ucal, düşmən üstümə
Ayaq açmasın bir də.
Yayılsın haqq səsimiz
Dünyaya pərdə-pərdə.
Varlığından söhbət aç
Ən ali kürsülərdə -
Ucal bayrağım, ucal!
Yollar üzünə açıq,
Ucalt məğrur səsini.
Alqışlayaq dünyaya
Sığmayan həvəsini.
Gəl, birlikdə oxuyaq
Azadlıq nəğməsini -
Ucal bayrağım, ucal,
Ucal bayrağım, ucal!

AZƏRBAYCAN ƏSGƏRİ

Yurdumun əzəməti,
Ucalan haqq səsisən.
Könlümdə qanadlanan
Bir zəfər nəğməsisən.
Yeri düşmən üstünə,
Şəhidlərin müqəddəs
Ruhu sənə yar olsun!
Yenilməz hünərinlə
Xalqım bəxtiyar olsun!
Oba-oba soraqla
Al günəşli səhəri -
Azərbaycan əsgəri!

Ötüb dağdan-dərədən
Zəhminlə-qəzəbinlə
Çatlat düşmən bağrını!
Əllərinlə dart-qopart
Torpağın sinəsindən
Hər dərdi, hər ağrını!
Çağır-qisasa çağır,
Səslə ərəni-əri -
Azərbaycan əsgəri!

Qarabağın yaralı
Ruhu and yerin olsun!
Qələbə əzmin hər an
Dəryadan dərin olsun!
Söykən el sevgisinə,
Düzlən dəstə-dəstə sən!
Ən uca zirvələrdə
Üçrəngli bayrağımı
Qaldır basin üstə sən!
Al, yağı əllərindən
Hər kəndi, hər şəhəri -
Azərbaycan əsgəri!

Dayan düşmən önündə
Yenilməyən dağ kimi!
Yaşa ürəyimizdə
Yurd kimi, torpaq kimi!
Ucalt səsini, ucalt -
El sığınsın adına!
Son qoyaq hünərinlə
Vətənin fəryadına!

Dön işıqlı sabaha,
Yaramızın üstə yax
Sən qələbə soraqlı,
Xoş müdəli zəfəri -
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri!

BÖYÜK MƏRCANLI KƏNDİM

Cəbrayılın əbədi döyünən ürəyisən,
Ağoğlanın, Dirinin qatlanmaz “biləyi”sən.
Şah vüqarlı xalqımın arzusu-diləyisən,
Zəhmindən daş çatlayan şərəfli-şanlı kəndim -
Ağır elli-obalı Böyük Mərcanlı kəndim.

Qəriblikdə həmişə uca tutdum adını,
Unutmadım suyunun-çörəyinin dadını.
Yadlar qıra bilmədi qolunu-qanadını,
Alnı açıq, üzü ağ-Araz ünvanlı kəndim -
Çinartək əzəmətli Böyük Mərcanlı kəndim.

Bir vaxtlar külə döndün, yağmalanıb talandın,
Fəqət öz varlığını nə gizlətdin, nə dandın.
Şəhid ucalığına döndü məsləkin-andın,
Zatı-kökü dəyərsiz düşmənlə qanlı kəndim -
Mərd ərənlər oylağı-Böyük Mərcanlı kəndim...

İllər boyu uzaqdan acıyırdım halına,
Həsrət qalmışdım sənin cığırına-yoluna.
Arzum budur, təzədən qovuşum vüsalına,
Qamətli-boy-buxunlu, köçlü-karvanlı kəndim -
Ulu ata ocağım-Böyük Mərcanlı kəndim.

31.10.2020

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar