Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ruh yurda bizimlə qayıdacaq, yurd da yurd olacaq...

Tarix: 24-10-2020 22:28     Baxış: 2224 A- / A+
Ruh yurda bizimlə qayıdacaq, yurd da yurd olacaq...

Hər dəfə “O yerləri, evinizi görəndə hansı hissləri keçirəcəksən?” sualı qarşısında donub qalıram. Nə cavab verəcəyimi bilmirəm. Çünki məqamın hissləri fərqlidir. İndi bizimki şəkildə, videoda gördüklərimizdən, düşüncələrimizdən doğan təsəvvürdü. O yerləri görəndə hisslər tam başqa olacaq. Orada sevinc də olacaq, qoyub gəldiyin varlıqla yoxluq arasındakı boşluğun doğurduğu qarışıq hisslər də. Təsəvvürlə reallığın hissləri fərqlidir.

Doğulduğun, yaşadığın evi yoxluğun içində axtarmaq çox ağırdı. Daşına, tozuna tapınmaq, əlini viran edilmiş, vəhşicəsinə dağıdılmış yerə uzadaraq “Bu bizim evimizdi” deməyin hissini ifadə etmək olmur. Onu ancaq yaşamaq lazımdır. O hissi sükut yazacaq.

İnsanlar kimi yurdumuz da ruhuyla didərgindi. Nə kölgəsində oturası bir ağac var, nə söykənəsi divar. Təkcə qovuşmaq var. Qucaqlayası əzizlərimiz olmasa da, boşluğu qucaqlaya-qucaqlaya, doğma havanı içimizə çəkə-çəkə, sevinc, ağrı göz yaşlarını biri-birinə qata-qata həsrətini çəkdiklərimizlə qol-boyun olacağıq.
Əvvəlcə onu tək qoyub gəldiyimiz üçün bizdən küsən torpağı izimiz, baxışlarımız isidəcək. Sonra üzünə təbəssüm qoyub “axır ki, gəldiniz” deyərək, bizimlə barışacaq. O təbəssüm bizi özümüzə qaytaracaq. Hisslər dəyişəcək. İlahi, bu günü də gördüm deyib, içdən ah çəkərək illərin ağır yükündən boşalacağıq. Yüngülləşəcəyik.
Tozundan, torpağından öpüb rahatlancağıq. Ruhlar qovuşantək.
Gözümüzə işıq gələcək. Ürəklənəcəyik. Artıq başqaları kimi sıxıntısız olacağıq.
Bu yaşantıları, hissləri görmək lazımdır.

Ruh, can yurda bizimlə qayıdacaq. Neçə illərdən sonra yurd da yurd olacaq. Biz də biz olacağıq. Tam. Bütöv.
Bu ayrı xoşbəxtlikdi.
Bu ayrı hissdi...

Rəfail Tağızadə
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar