Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rafiq Yusifoğlunun "Cəh-Cəh"i

Tarix: 19-09-2020 22:37     Baxış: 3330 A- / A+
Rafiq Yusifoğlunun "Cəh-Cəh"i

Görkəmli şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor, “Qızıl kəlmə”, “Qızıl qələm”, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Araz” və s. ədəbi mükafatların laureatı Rafiq Yusifoğlunun “Cəh-cəh” adlı kitabına onun yeni uşaq şeirləri, həmçinin “Göyərçin”in kitabxanası” seriyasından nəşr edilən ”Quşlar dünyası” toplusunda gedən əsərləri daxil edilib.

Kitabdakı şeirlər “Mənim Azərbaycanım”, “Dünyamızı qoruyaq”, “Uşaq gözü, uşaq sözü” və “Quşlar dünyası” bölmələri altında təqdim edilib.. Şeirlərin hamısının məzmunu bölmələrə uyğundur. Verilən şəkillər bədii mətnin daha yaxşı qavranılmasına yardımçı olur.
Şairin təzə kitabında toplanan şeirlərinin demək olar ki, hamısı maraqlı, düşündürücü məzmunu, yeni, orijinal fikirləri, obrazlılığı, lakonizmi ilə diqqəti cəlb edir. Bu şeirlərdə müasir uşağın portreti yaradılır, onların maraqlı fikir və düşüncələri öz əksini tapır.
Rafiq Yusifoğlunun uşaq şeirləri adi əsərlər deyil, onların alt qatında insanın daxili dünyası öz əksini tapır. Məsələn, “Xatirə çayları” şeirində yurd həsrətli babanın nəvəsi ilə balıq tutması səhnəsi öz əksini tapır. Qocanın görkəmindəki dəyişikliklər həssas uşağın gözlərindən yayınmır. Onun dilindən söylənilən bu şeir aşağıdakı misralarla bitir:

Yenə həyəcanlandı,
Çayda o, nəsə gördü...
Baxma sakitliyinə,
O da Kür kimi kürdü...

Pencəyini çıxartdı,
Məgər hava istidi?
Elə bil göydə uçan
Quşdan qanad istədi...

Yellədi qollarını,
Sanki o da quş oldu.
Üzü vətənə uçan
Durnalara qoşuldu...

...Gözləri baxır Kürə,
Babam gedib fikirə.
Başında şimşək çaxır,
İçinə yağış yağır..

Sayır vətənsiz keçən
Həftələri, ayları...
Yaddaşında kükrəyir
Hey xatirə çayları...

...Babam neçə saatdı
Dayanıb Kürə baxır,
Bir gözündən Həkəri,
Birindən Araz axır...


Yaxud, “Şar və balaca qız” şeirindəki aşağıdakı fikirlərə nəzər salaq. Bədii mətndəki fikir o qədər aydın, sirayətedicidir ki, heç şərhə ehtiyac da qalmır:

Gör necə möhkəm tutub,
Bu qız şarın sapını?!
Sanki bu şar azaldır
Körpənin əzabını...

Onu göz bəbəyi tək
Qorumağa çalışır.
Bu qıza baxan zaman
Ürəyimiz alışır...

Bir gün toxtaqlıq verib,
Söylədik ki, Süsənə:
Nə qədər istəyirsən,
Şar alarıq biz sənə!

Qız etiraz elədi,
Üzünü bulud aldı.
Elə söz söylədi ki,
Əlim-üzümdə qaldı.

– Özünüzü yormayın,
Bu şarın əvəzi var? –
Axı onun içində,
Atamın nəfəsi var...

Bu qızı yetim qoyan
Namərd əllər qurusun!
Ulu Tanrı o şarı
Tikanlardan qorusun!


“Quşlar dünyası” bölməsində uşaqlara quşlar haqqında məlumat verilir, onların görkəmi, xasiyyəti, davranışı, yaşayış tərzi ilə bağlı şairin obrazlı deyimləri maraqla qarşılanır. Mətnlərin yanında hər quşun şəklinin verilməsi əyaniliyi artırır.
Rafiq Yusifoğlunun “Cəh-cəh”i təkcə müəllifin yox, Azərbaycan uşaq ədəbiyyatının uğuru hesab oluna bilər.
Rafiq Yusifoğlunun "Cəh-Cəh"i


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar