Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası çap olunub

Tarix: 03-09-2020 13:34     Baxış: 3625 A- / A+
Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi pasportu” seriyasından 11-ci kitabı işıq üzü görüb. İnstitutun Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri” adlı kitabı çap olunub.

“Əlişir Nəvainin əsri və nəsri” adlı kitabda dahi sənətkarın elmi-filoloji və dini-təsəvvüfi əsərlərinin məzmun şərhi, bəzən mətn tərcümələri təqdim edilib. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli 3 saylı qərarı ilə yayımlanıb.
Kitabın elmi redaktorları AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Özbəkistanın nəvaişünas alimi, filologiya elmləri doktoru, professor Şöhrət Siracəddinovdur. Monoqrafiya akademik İsa Həbibbəylinin “Azərbaycan nəvaişünaslığının yeni səhifəsi” adlı əhatəli ön sözü ilə nəşr edilib.Kitabın rəyçiləri filologiya elmləri doktorları Ataəmi Mirzəyev, Yaşar Qasımbəyli və filologiya üzrə fəlsəfə doktoru Akif Azalpdır.Məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Məcidovadır.
570 səhifədən ibarət kitabın ilk fəsli “Əlişir Nəvai: dövrü, həyatı və yaradıcılığından səhifələr” adlanır. Həmçinin “Əmir Əlişir Nəvainin bu tədqiqatda bəhs edilən elmi-filoloji və dini-təsəvvüfi əsərlərinin xronologiyası” da yer almışdır. Kitabda tədqiqatın qısa mahiyyətini ifadə edən ingilis dilində geniş xülasə, ədəbiyyat siyahısı və müəllifin Əlişir Nəvai, özbək ədəbiyyatı və ədəbiyyatşünaslığı ilə bağlı yazdığı kitabları və məqalələri də təqdim edilib.Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar