Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Mən səninçün tərk edilmiş bir ölkə, sən mənimçün öləcəyim bir vətən" (şeirlər)

Tarix: 07-08-2020 20:17     Baxış: 21 850 A- / A+
"Mən səninçün tərk edilmiş bir ölkə, sən mənimçün öləcəyim bir vətən" (şeirlər)


Manevr.az
gənc şair Əfsanə Rəvanın yeni şeirlərini təqdim edir:

Vətən-vətən qollarına gəlirəm


Bir də gördün, yuxuların çin oldu,
Bir də gördün , qaçıb sənə gəlmişəm.
Bir silimlik suda boğub həsrəti,
Bir ovucluq sığal dənə gəlmişəm.

Bilirsən ki, balacadı bu dünya,
Bilirsən ki, dağ da dağa rast gələr.
Bir də gördün pəncərədən süzülüb,
Ayaq səsim otağında səslənər.

Neçə vaxtdı gülüşünə, qoxuna,
Neçə vaxtdır baxışına həsrətəm.
Mən səninçün tərk edilmiş bir ölkə,
Sən mənimçün öləcəyim bir vətən.

Çıx yığışdır küçələrdən həsrəti,
Sevgi döşə yollarıma, gəlirəm.
Şəhər-şəhər darıxmağı yığmışam,
Vətən-vətən qollarına gəlirəm.

Son nəfəs


Getmə, intihar edər darıxmağımla illər,
Eşqimiz yarım qalar, saçıma bəyaz düşər.
Həsrətin ağır olar, unutdurar hamını,
Yadıma nə sonbahar, nə qış, nə də yaz düşər.

Getsən döngələr, yollar ağı deyər halıma,
Gedirsənsə, yolların taleyinə yaz məni.
Yoxluğun həyatımı elə günə salar ki,
Sən bir yana, anam da görsə tanımaz məni.

Getmə, axı gedişin günəşə pərdə çəkib,
Yığıb qaranlıqları başıma ələməkdi.
Getmə, qurban olaram, qadan alım, tələsmə,
Gedişin həyatımın son nəfəsi deməkdir.

Ölsəm, varlığında gözüm qalacaq


Dərdinlə ölçmüşəm məsafələri,
Ən uzaq yolumsan, ən doğma yurdum.
Sənə qovuşmağa gün saya-saya,
Sənli arzuları yıxıb uçurdum

Sonra yoxluğuna ibadət edib,
Önündə səcdəyə əyildim hər gün.
Mən sənin ömrünə qonaq gəlmədim,
Mən sənə sığındım yaşamaq üćün.

Bitib, qətrə-qətrə ərimiş canam,
Sınıb çiliklensəm , tozum qalacaq.
Qayıt, batil eylə ibadətimi,
Ölsəm, varlığında gözüm qalacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar