Sizin Reklam Burada
Xəbər lenti
15-05-2024
14-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Turan:"Öldüm yuxunun ev üzündə..." -ŞEİRLƏR

Tarix: 01-06-2020 21:02     Baxış: 331 A- / A+
Tural Turan:"Öldüm yuxunun ev üzündə..."

...Ölüm qoxusu başqadı,
Özün də bir qoxla, tanrı...


Manevr.az Tural Turanın yeni şeirlərini təqdim edir:

***

Öldüm
yuxunun ev üzündə.
Bax,
can verir göy üzü də -
Düş,
nəbzini yoxla, tanrı.

Ölüm qoxusu başqadı,
Özün də bir qoxla, tanrı.

Duasından
yuxu damır.
Ölsə,
qaçar yuxu tamı.
Öldürmə
sonuncu adamı,
gəl,
yadigar saxla, tanrı.

...Kilsə tikdi
şəhər məni...
Günahlar
alnımdan öpər mənim.
İşıqlar itirər məni,
İtsəm soraqla, Tanrı...

***

Yiyəsiz bir evə vurulub külək,
bir qapı izi var biləklərində.
Kim bilir, bəlkə də bir gün, nə vaxtsa
qapısı döyülüb küləklərin də...

Qaşları mamırlı həmin qız evdə,
küləklə məktublaşır divar saatı...
İllərdi bu evdə yaz çiçəkləmir,
bu evin nəbzindən qopar, saatı...

...Vurulduğu evə gəlib bu külək.
Sevdiyi şəkili görməyə gəlib.
Kim bilir, kim bilir, elə bəlkə də
bu külək bu evdə ölməyə gəlib...

Tural Turan
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar