Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Adam ən çox yalan danışdığı qadına qovuşarmış..." - Emil Rasimoğludan yeni şeir

Tarix: 21-05-2020 11:53     Baxış: 4587 A- / A+
"Adam ən çox yalan danışdığı qadına qovuşarmış..." - Emil Rasimoğludan yeni şeir



***


Yenə dipcəkdə bir qapı cücərdi,
bir pəncərə yarpaqladı divardakı təqvimdə.
Gördüm ki,
bu gün də günəş düşür adımın üstünə.
Amma elə hey
gözümə bir gecə dəyir,
ayağıma bir küçə...

Güzgüdən boylanan yaş ağaclar quruyur,
quruyur üstümdən asdığım otağdakı
köhnəlmiş doğum günümü,
ayaqlarımdakı payızı sevindirmək üçün...

Ehh...
o biri otaqdasa
doğulur anamın əlləri
atamın masasında
Bir anda ölür kişi tənhalığı
rənglərin həbs olduğu şəhərdə.

Düşünürəm;
Əslində
adam ən çox yalan danışdığı qadına qovuşarmış...

Sonra
baxıram qapımdakı kilidə,
kilidin içindən keçən qatarlara,
heç biri dayanmır adımın yanında.

Yaşımdan utanır dualar,
yağışlar diş çıxardır sobaya sarı,
qarşımdan üzür bir qayıq...

Çağırıb bir şamı soruşuram;
bu gecə bu evdə nə gəzir,
bu küçə bu evdə nə gəzir?
ağlayıb göz yaşı tökür qolumdakı saata,
diksinir anamın üzünün qırışı,
atamın içdiyi sudakı tilov...

Birdən gözüm ayaqqablarıma sataşır,
və bir də ki,
qanadları görünən boş qalmış bir stola...

Emil Rasimoğlu

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar