Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Sən bir Laçın diyar idin, qoyduq niyə sar əlində..."- Osman Fərmanoğlu

Tarix: 18-05-2020 12:19     Baxış: 3366 A- / A+
"Sən bir Laçın diyar idin, qoyduq niyə sar əlində..."- Osman Fərmanoğlu

Laçın yaylaq-yaylaq tala deyilmiş,
Cin əlində kövrək bir şüşə imiş...
Bəndərgah içində qala deyilmiş,
Kol dibinə sinən bənövşə imiş.


Manevr.az Osman Fərmanoğlunun bu gün işğalından 28 il ötən Laçına həsr etdiyi şeirlərini təqdim edir:

YARALI KÖNÜL ŞEİRİ

Səni də kamana qoyub atdılar,
Zəmanə səni də güdaza verdi.
Beləcə yurdunda at oynatdılar,-
Gözün baxa- baxa dil cəza verdi.

Yığılıb gəldilər dağdan , arandan,
Guya canıyanan çıxdılar sənə.
Alimdən, şairdən, mal otarandan,
Hərəsi bir yandan baxdılar sənə.

Hamı haqsan, dedi, haqlısan, dedi,
Süfrənin başından gedənə kimi.
Ümidlər gözünü yollara dikdi,..
Yaz gəlib yoncalar bitənə kimi.

Bu gələn yazın da artdı qanqalı,
Əllər didikləndi tikanlarında.
Yenə çatılmadı zəfər tonqalı,
İlişdin vədənin imkanlarında.

Adamlar insafsız, tarix nəs yazan,
Ağrılar- acılar içindən keçir.
"Hələ də örtülü qaynayır qazan",-
Tülkünün önündə müntəzirdi şir.

Kənardan gələnə gücü çatmayan,
Elə içdən- içdən dağlayır səni.
Mən uzun illərdi qəm donundayam,
Dərdli misralarım ağlayır səni.

Günün gündüzündə ağrıyan gözüm,
Gecələr gəlməyən yuxumsan mənim.
Özü öz səsinə ovunan sözüm,-
Yad əldə varımsan,yoxumsan mənim.

Vaxtında qədrini bilmədim sənin,
İndi də odlanır, olmuram aram.
Düşüb qapı- qapı dilənçi kimi,
Kiməsə əl açıb yurd axtarıram.

18 may 2016, Laçın döngəsi

BƏNÖVŞƏ LAÇIN

Laçın yaylaq-yaylaq tala deyilmiş,
Cin əlində kövrək bir şüşə imiş...
Bəndərgah içində qala deyilmiş,
Kol dibinə sinən bənövşə imiş.

Yeddi kirpi gəlir, kürkləri cırıq,
Kürkü cırıqları kürkə tutarıq...
Özgə ayağında olmuşuq çarıq,
Laçın çarıq bağı, ip-köşə imiş.

Oynadan oynadır bizi xaçında,
Yerbəyer edilib hər şey Laçında:
Kədərli baxışlar qəbir daşında,--
Didərgin ruhlarda əndişə imiş.

Bağlanıb qolumuz yağlı kirişlə,
Urcah edilmişik düzəlməz işə...
Mat-mat boylanırıq gediş- gəlişə,
Gəlib- gedənlər də goreşən imiş...

Osman, yuyulmada çöllərin izi,
Ağı kimi gəlir Aşığın səsi..
Yağır üstümüzə illərin hisi,--
Uduzmaq bizlərə bir peşə imiş.

18 may 2019

BU GÜN BİZ LAÇINSIZ LAÇINLILARIQ

Nə gedən, nə qalan yerimiz qalıb,
Köçünü itirmiş qurd tək ularıq...
Hərə öz könlündə bir Laçın salıb,
Bu gün biz Laçınsız Laçınlılarıq.

Dalınca baxırıq hellənən daşın,
Şəklinə baxırıq dolaylarının.
Hamının çörəyə qarışıb başı,--
Güdürük xanların saraylarını.

Dağların üstündə duman çəhlimi,
Çəndə azıb qalır yol gələn işıq.
Boylanır, gözləri yoldan çəkilmir,
Bir qərib Laçın var, bir Sarı Aşıq.

Şəhər "əzizləyir" nəvələrini,--
Goru sızıldayır baba dağların.
Küləklər darayır "nəğmələrini",
Könlü çətin gülə gözü ağların.

Hələ soyumamış Şuşa ağrısı,
Çəkildi sinəyə Laçın dağları...
Çapıldı Vətəndən yurdun yarısı,
İndi Laçın gəzən Laçınlılarıq...

17 may 2020.
"Sən bir Laçın diyar idin, qoyduq niyə sar əlində..."- Osman Fərmanoğlu

Osman Fərmanoğlu
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar