Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Hansısa kitabın ilk səhifəsində, çox vaxt oxunmayan ön söz olardım" - ŞEİRLƏR

Tarix: 16-05-2020 09:56     Baxış: 4320 A- / A+
"Hansısa kitabın ilk səhifəsində, çox vaxt oxunmayan ön söz olardım" - ŞEİRLƏR


Manevr.az gənc müəllif Əli Rüzgarın (Əli Paşa oğlu Sadiqov) şeirlərini təqdim edir:


Olardım

Allah razı olsa insandan əvvəl,
Gecəquşlarına mən göz olardım.
Hansısa insanın zəif nöqtəsi,
Nəfsinə tutduğu pəhriz olardım.

Baxma dayanmışam qul sırasında,
Yerim tanrıların xırxırasında.
Savaşsaydım varla yox arasında,
Bəlkə də ömürlük şərhsiz olardım.

Yaşaram insanın son nəfəsində,
Dustaq olmaqdansa quş qəfəsində.
Hansısa kitabın ilk səhifəsində,
Çox vaxt oxunmayan ön söz olardım.


***

Son bir ümid,
sıçra
Üzümə düşən yağış damlası.
İçimdən bir sən keçdi,
Yalvardım...
- nə olar
bircə
yolda qalmasın.
İçimdən bir sən keçdi,
Sıxdı gözqapaqlarımı.
Kirpiklərimi yığıram.
Damlalar ağ bulutlara,
Mən yollara ağıram.
Kim dedi ağladığımı,
Bəlkə sevgi yağıram.


Yandırar

Sönən eşqin atəşini,
Nə dua, nə köz yandirar.
İnsanı bir qığılcımlıq,
Zərrə boyda söz yandırar.

Taleyin öz gərəyində,
Sevdiklərin kürəyində.
Bircə kəlmə ürəyində,
Açar dərin iz, yandırar.

Bəlkə heç kəs dinməz, susar
Dərd adamı sındırmasa.
Yandırsa heç, yandırmasa
Tapar səni tez yandırar.

Yalan sevinc adlı zəhər,
Boğazını tutan qəhər,
Düz olarsan namərd təhər,
Namərd olsan düz yandırar.

Əli Rüzgar

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar