Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ahmet Otman:"Udum- udum içdik Sevda bağçasında sevdanı..."

Tarix: 08-05-2020 14:05     Baxış: 3427 A- / A+
Ahmet Otman:"Udum- udum içdik Sevda bağçasında sevdanı..."

Şair, yazar Ahmet Otman Salihli şəhərində yaşayır. "Bizim Ece" jurnalının təsisçisidir.Şeirə, sənətə və yazar dostlarına könül evi açıqdır. "İstiklal" qəzetinin Mozaik sanat sehifesinde hər zaman dostların yaradıcılığlndan bəhs edir.

Manevr.az Nazilə Gültacın çevirməsində Ahmet Otmanın bir neçə şeirini təqdim edir:

BƏLKƏ BİR GÜN

Bir gün qarşılaşacağıq bəlkə də.
Ona görə qapım açıqdır.
Təsadüf, ya da külək
Çırpıb bağlayarsa,
İnan ki, günahım deyil.
Xəta səndə.
Dönüb gələcəyini
düşünsəydin,
Bir daş qoyardın qapının önünə.
Qapını bağlı görsən ,
Bil ki, sənin səhvindi.
O zaman mən sadəcə
bunu deyərəm sənə: Əlvida.

DAĞDA BİR İŞIQ OLAYDIN

Dağda bir işıq olaydın,
Sönəydin, yanaydın.
Elə sanardım
Yol gəlirsən arabada.
Gözləyərdim gəlirsən deyə.
Gəldikcə , böyüyən işıq olaydın
Addım-addım mənə sarı.
Dağda bir işıq olaydın,
Sakitcə gözləyən,
Bilərdim orda gözün yolda.
Çıxardım yola, gələrdim sənə sarı.
Getdikcə böyüyən işıq olardım.
Dağda bir işıq olaydın,
İstər gələrdin, İstər gəlməzdin.
Yenə də gələrdim sənə.
Səninlə görüşərdik bir nöqtədə
Dağda bir işıq olardıq.

SEVDA QOYDUQ ADINI

Keçdik sevda yollarından,
Sevda şəhərinin işıqlı küçələrindən.
Xoşbəxtliyimizi sevda bankından çəkdik
Limitsiz və zaminsiz.
Udum- udum içdik
Sevda bağçasında sevdanı.
Bəyəndik sevda vitrinlərində
ən gözəl geyimləri.
Geyindik,
çıxardıq,
aldıq.
Yüklədik sevda yüklü karvanlara.
Çoxaldıqca çoxaldı sevdamız.
Sevda mən,
Sevda sən,
Sevda o,
Sevda biz,
Sevda olduq hamımız.
Sevda dağlarından topladıq
sevda çiçəklərini.
Sevda ağaclarının altında
söylədik ən gözəl sevda nəğmələrini.
Adını sevda qoyduq çöl çiçəklərinin.
Başımızın üstündən əsdi qovaq yelləri.
Arxasından gəldi sevda yağmurları.
İslandıq iliklərimizə qədər,
Coşdu sevda buludları.
Yağdıqca yağdı.
Sevdanın işıqlı küçələrində
sevda evləri.
Bir sevda şərqisi dodaqlarımda
“Elə bir qara sevdakı,
Qara torpaq kimi”.

Ahmet Otman
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar