Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazim Muradovun "Rüstəm Behrudinin “Qəribə adam” şeirinin struktur-semantik özəllikləri" adlı kitabı haqqında

Tarix: 24-03-2020 23:07     Baxış: 2227 A- / A+
Nazim Muradovun "Rüstəm Behrudinin “Qəribə adam” şeirinin struktur-semantik özəllikləri" adlı kitabı haqqında

Hörmətli Nazim!

Mənə hədiyyə etdiyiniz kitabınızı sevə-sevə oxudum.
Sizin istər şifahi, istərsə də yazılı nitqinizdəki özəlliklər düşüncənin, dil və qələmin vəhdətilə sözü informativ daşıyıcıdan çıxarıb ipək kimi ilmələndirib, incə naxışlarla sərgiləndirmək bacarığından irəli gəldiyini illərdən bəri bilirəm.
Kitabı oxuduqca özümə yəqin olanı bir daha təsdiq etdim ki, hər hansı bir incəsənət əsərinə, təbiət və cəmiyyətdəki hadisələrə, ümumiyyətlə maddi-mənəvi varlıqlara baxış bucağı subyektin elmi-siyasi, mənəvi-psixoloji səviyyəsindən çox asılıdır.
Bəzən yaradıcı insanlara və onların yaratdığı əsərlərə baxış şəxsi münasibətə görə və ya yaradıcının üslub-tərzinə vurğunluğundan irəli gəlir.
Bəzən də söz, sənət adamının yaratdığı hər hansı bir əsər özünə və oxuyucuya sıradan biri kimi görünsə də, əsərin təhlili, ideya-məzmununun açılması, müqayisələndirmə, səciyyələndirmə, münasibət bildirmə elə səviyyədə təqdim edilir ki, nəinki adamlar, hətta müəllifin özünü belə heyrətə gətirən məqamlar ortaya çıxır.
Çox zaman da olur ki, milli-mənəvi zəngilliklərlə dolu olan şəxsiyyətlər hər hansı bir əsərə, dəyərə münasibətində ondan həm də bir vasitə kimi istifadə edərək öz mənəvi duyğularını, düşüncə tərzini, siyasi əxlaqını- bir sözlə mövqeyini ortaya qoyur. Bu tendensiya özünü tərcümə ədəbiyyatında daha çox göstərir.
Lakin özünə bənzəyən sufi-mistik, bir az da sentimental ruhlu Rüstəm Behrudinin “Qəribə adam” şeirinin struktur-semantikasına verdiyiniz yeni forma və biçim, ritm, ahəng, daxili bölgü və bütün bunları rahatca oxucunun qəlbinə hopdurmaq bacarığı ədəbi tənqiddə, publisistikada bir novatorluq kimi qiymətləndirilməlidir.
Mən kitabı oxuduqca bunun fərqinə vardım, şeiri sizin açıqlamanıza uyğun olaraq incələdim və şerin portret-bilməcəyə daha çox bənzədiyini gördüm.
Əslində Elçibəy fonemi (və fenomeni), elə sözün özü kodlaşdırılmış bir sistemdir.
Bu sözün etimologiyası, leksik mənası, qrammatik quruluşu, tərkibinin açılmasına, izahına böyük ehtiyac duyuram. Nə üçün Bəy məhz bu sözü özünə Tutum (mən təxəllüsə, nisbəyə belə deyirəm) götürüb.
Əslində elə bu Tutum Bəyin daxili və xarici portretinin, elmi-siyasi, əxlaqi-psixoloji dəyərlərinin açılması üçün bir şifrədir.
Bu sözdə dilimizin dəmir qanunu- ahəng qanunu, morfoloji və morfonoloji, fonetik hadisələri, vurğusu gözəl sərgilənib. El +çi bəy, El içi Bəy, Elçi Bəy, Elçi ər, Ər Elçi, Ər Bəy, Bəy Ər və s.
Həmçinin mən Bəyin zahirində-çöhrəsində müqəddəs hərflərin, cizgilərin daha qabarıq ifadəsini görür, bir qədim əlyazma kimi hiss edirəm. Himnimiz oxunduğu zaman sözlər hecalandığı kimi Elçibəy sözü də tribun deyildikdə eyni ilə hecalanır.
Nədənsə himnimiz səslənəndə Məmməd Əmin Rəsulzadənin, Bayrağımız dalğalananda Əli Bəy Hüseynzadənin, möhtəşəm Üverturamız səslənəndə isə Əbülfəz Elçibəyin portretləri gözlərim önündə canlanır.
Bəy poeziyada “Qəribə adam”dırsa, bəs musiqidə, rəssamlıqda, kinoda, heykəltaraşlıqda- bir sözlə, incəsənətin bütün sahələrində hansı obrazlarla simvollaşıb, hansı şifrələrlə açıla bilər? Bütün bunlar hələ ki, yox ikən təsəllimiz Bəyin xalqın qəlbindəki heykəlləşmiş obrazıdır- “Təmiz ADAM” heykəlidir.
Mənim üçün isə Elçibəy:
... Türk tarixi, coğrafiyası, milli-siyasi ideologiyası, əxlaq və təfəkkürünün ən əsası isə insanlığın dövri sistemini yaradan Arifdir...
Kölgəsini adlayıb keçən adamlar isə Arif olurlar.

Böyük sevgi və hörmətlə:
Məhərrəm Fərzəliyev,
Ordubad rayonu, Üstüpü kəndi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar