Xəbər lenti
Ərşad Əzimzadə:"İqtidar - kor, müxalif - kar, kütlə də ki, dilsiz..."

"...Hey yazıram, hey pozuram, gedib gözümün qarası,
Kitaba da baxan yoxdu - sızlar qəlbimin yarası!.."
Manevr.az Ərşad Əzimzadənin günümüzlə səsləşən yeni şeirini təqdim edir:
TƏKLİK YAMAN SIXIR MƏNİ
Ağır dərdlə tək qalmışam dörd divarın arasında,
Qan yerinə kədər axır ürəyimin parasında.
İqtidar - kor, müxalif - kar, kütlə də ki, dilsiz qoyun,
Hər tərəfdə oyun gedir - ət ürpədən pinti oyun!..
Söz deməyə bir kişi yox, qəlb açmağa yox bir qadın,
Kompüterlə danışıram, o da bilmir sözün dadın.
Onca metr torpağım yox gül-çiçəyə qulluq edəm,
Məni qanan bir kəs tapmam - darıxanda ora gedəm.
Hey yazıram, hey pozuram, gedib gözümün qarası,
Kitaba da baxan yoxdu - sızlar qəlbimin yarası!..
Cahillərin gözü qalıb bu millətin parasında,
Pul-parasız tək qalmışam cahillərin arasında.
Daha dözmür dərdli ürək - yaman dərddi təklik dərdi,
Ən dəhşətli virusdan da təklik dərdi min betərdi.
Təklik yaman sıxır məni, çürüyürəm diri-diri,
Tənhalığın nəfəsindən sönəcəyəm günün biri.
Ərşad Əzimzadə
13.03.2020
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































