Xəbər lenti
Afət Viləşsoy:"Qarşıdakı övlad adlı məlhəmim, arxadakı qardaş adlı yaram var..."
Bircə sənlə məsəfalər hədərdi, Bircə sənlə, bircə sənlə aram var.
Manevr.az Afət Viləşsoyun yeni şeirini təqdim edir:
***
Dindirməsən, elə susub baxışsaq-
Səndən özgə səndən doğma haram var?
İşdi sevib, bir də sevməz ürəyim-
Qəlb yükümə könlün adlı çaram var.
Zaman olub, çaş-baş qalıb əlhəmim,
Ağlasam da, göz həmindi, əl həmin,
Qarşıdakı övlad adlı məlhəmim,
Arxadakı qardaş adlı yaram var.
Bircə sənə çıxan yolun nə dərdi?
Səndən gələn, səndən doğan qədərdi,
Bircə sənlə məsəfalər hədərdi,
Bircə sənlə, bircə sənlə aram var.
Mən övladam-ağ saçların sığalı,
Mən anayam-iki uşaq nağılı,
Mən qadınam-könlü sənə bağlı,
Səndən özgə səndən doğma haram var?!.
Afət Viləşsoy
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































