Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

4 vətəndaşlıq dəyişən azərbaycanlı “agent” – 7 fakt

Tarix: 14-01-2020 11:35     Baxış: 3306 A- / A+
4 vətəndaşlıq dəyişən azərbaycanlı “agent” – 7 fakt

Bu gün Azərbaycanın görkəmli şairi Almas İldırımın (1907-1952) anım günüdür.

Manevr.az Almas İldırımla bağlı 7 faktı təqdim edir:

1. O, 1928-ci ildə şeirlərindəki millətçi ismarışlarına görə Dağıstana sürgün edilib.

2. 1930-cu ildə Bakıda “Dağlar səslənərkən” şeirlər məcmuəsini nəşr etdirsə də, kitab senzuradan keçməyib və şairin Azərbaycan Yazıçılar İttifaqından qovulmasına səbəb olub.

3. Türkmənistanda sürgündə olarkən məktəb direktoru kimi çalışıb. Lakin agentlər tərəfindən “zərərli şəxs” elan edildikdən sonra 1933-cü ildə həyat yoldaşı Zivər xanımı və üç aylıq körpəsi Azəri götürüb İrana qaçıb. Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayaları ötüb İrana çatıb. Lakin dərhal həbs edilib və onu bolşevik agenti hesab edərək işgəncələrə məruz qoyub, sinəsinə qədər soyuq suyun içində saxlayıblar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyub. O, sağalmaz böyrək xəstəliyinə tutulub.

4. Hələ 24 yaşında Bakını tərk edən Almas İldırım doğma şəhərlə bu görüşün sonuncu olacağını sanki hiss edib və “Əlvida, Bakı” şeirini yazıb.

5. Almas İldırımın ömrü boyu 4 vətəndaşlığı olub: Rusiya İmperiyası, AXC, SSRİ, Türkiyə.

6. O, 1934-cü ildən ömrünün sonuna kimi Türkiyədə yaşayıb və Azərbaycan mühacirət poeziyasının ən qüdrətli nümayəndələrindən birinə çevrilib.

7. A.İldırım 1952-ci il yanvarın 14-də böyrək çatışmazlığından vəfat edib. Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə var.kult.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar