Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bir yer var uzaqlarda, dənizlərin hirsli olmadığı, çayların sakit axdığı... -ŞEİRLƏR

Tarix: 30-12-2019 20:57     Baxış: 3577 A- / A+
Bir yer var uzaqlarda, dənizlərin hirsli olmadığı, çayların sakit axdığı...
Necdet Kurt

Necdet Kurt 1964- cü ildə Amasyanın Yesiloz bölgəsində doğulub. Uşaqlıq illərindən musiqi və şeirlə maraqlanmağa başlayıb. Orta məktəbdə və liseydə müəllimlərindən not və sazda ifa dərsləri alıb. 1984- cü ildə 19 May Universitetində muhasibatlıq fakultəsini bitirmişdir.
Musiqi dərslərini ustadlardan almışdır. Türk Xalq Təhsil Mərkəzində saz və udda ifa etmə dərslərini müvəffəqiyyətlə bitirmişdir. Bir çox dərnəklərdə not və saz ifası dərsləri vermişdir. Öz şeirlərinə və digər şairlərin şeirlərinə musiqilər bəstələyir. Azərbaycanlı şairə Nazilə Gültacın da bir şeirinə bu yaxınlarda musiqi bəstələmişdir. Mahnıların bəzilərini özü , bəzilərini də digər sənətçilər səsləndirərək alboma yazdırmışlar.
Anadolunun bir çox bölglərində xalq musiqilərini notlaşdırıb. Ardahan Universitetində Türk Xalq Ədəbiyyatı mövzusunda magistr təhsini bitirib.
Xalq musiqisi fəaliyyətini davam etdirir.
İzmirdə yaşayıb, yaradan Necdet Kurt Azərbaycanda Milli Elmlər Akdemiyasında doktorantdır.


Manevr.az şair və bəstəkar Necdet Kurtun bir neçə şeirini təqdim edir:

SEVGİDİR MƏNİM ADIM

Tutuşdurub əlləri bir- birinə ,
Qovuşdururam sevənləri
Çünki sevgiyəm.

Mənəm qaracanı balasına qovuşduran,
Köçəri quşları uçuran,
Mənəm Fərhada qayaları yonduran,
Çünki sevgiyəm.

Haradayam bilirsənmi,
Bəzən toxunan bir kilimdə,
Bəzən bir naxışda,
Bəzən bir baxışdayam,
Çünki sevgiyəm.

Türküyəm bir ozanın sazında,
Şeirə dönərəm bir şairin sözündə,
Arasan taparsan özündə,
Çünki sevgiyəm.

GÖRÜŞƏNƏDƏK

Nələr gizlənib bir kəlmənin içində,
bilirsinizmi, nələr.
Bəzən bir dosta boyun əyər,
deyərsən görüşənədək.
Bəzən də heç hökmdara da boyun əyməz.
deməzsən görüşənədək.
Bəzən canını yandırarlar,
Özün özünə görüşənə qədər.. -deyərsən,
Bəzən xəta edəni bağışlayarsan,
deyərsən görüşərik.
Bəzən bir dostdan gələn salama deyərsən,
Bəzən elə hirslnərsən heç kimə deməzsən
görüşənədək.
Bu kəlmə elə dərindir ki, içinə düşdümü
asanca çıxa bilməz insan.


HAMIMIZ

Qum saatından tökülən,
Qum dənəsiyik.
Fərq edərmi,
İlk ya da sonda tökülən.
Necə olsa da
Hamımızın rastlaşdığımız yer eyni.
İstər uzaqdan bax,
İstər yaxından.
Sonluq, eyni sonluq.


BİLİRƏM

Bir yer var uzaqlarda
İnsanların qorxmadan yaşadığı,
Fikirlərin dustaq olmadığı,
Quşların qorxmadan uçduğu,
Çiçəklərin rənbərəng açdığı.
Bilirəm.
Bir yer var uzaqlarda
Dənizlərin hirsli olmadığı,
Çayların sakit axdığı,
Rüzgarların nəğmə oxuyaraq əsdiyi.
Bilirəm,
Bir yer var uzaqlarda
İnsanların qorxmadan yaşadığı,
Fikirlərin dustaq olmadığı,
Azaldığın azad olduğu.

Çevirən Nazilə Gültac

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar