Xəbər lenti
Tural Turan – Bir cümləlik hekayələr

Anamın “culaccino” xəstəliyinə görə 12 yaşımdan evdə çay və su içməyi tərgitdim.
***
Hər gecə yuxudan hövləng ayılır, tanrı ilə bir-iki qədəh şərab içir, sonra yenə yatırdım.
***
3 kvadratmetrlik bir kişi saç salonuna girdim və bütün divarlarında çılpaq qadın şəkilləri...
***
Son nəfəsimdir və möhtəşəmlik çökür...
***
Ermənilər kəndimizi işğal edən gün Armayıs usta babamdan adını itimizə qoyduğumuz köpəyin mıx yerini soruşub bizim kişini sərbəst buraxmışdı...
***
Mənə qədər bütün körpələr dil açmamışdan əvvəl anaları ilə tanrının dilində danışırdı.
***
O, arvadının ölümündən sonra özünü azadlıqdan məhrum etmişdi...
***
Övlad qatili Abdullətifov məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşına verilmiş 6 yaşlı oğlunu öldürdükdən sonra övladının çarpayının üstündəki şəklini götürüb otaqdan çıxdı.
***
Öldürdüyüm əsgərin cibindəki mobil telefonu çıxardıqdan sonra anasına zəng edərək boğula-boğula valideynlərimin intiqamını aldığımı dedim.
***
Oğlunu müharibədə itirən din xadimi azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı.
***
Qurban bayramı günü kəsəcəyimiz toğlunu parçalayan canavar gözünü bizdən çəkmədən yeddi körpə balası ilə onun içalatını didişdirirdi...
***
Əslində çılpaq fahişə bədənləri hər gün onlarla bədbəxt kişinin oxumağa çalışdığı əski yazılı daş abidələrdir.
***
Ekspertin onun cibindən tapdığı kağız parçasında - ölüm insanın tanrı qarşısında sonuncu gedişidir - yazılmışdı.
***
Yuxarı məhlədəki qonşumuz Vazgen əmi tanımadığım adamlarla evimizə girib qundaqdakı qardaşıma - Türkaya 3-4 güllə sıxdıqdan sonra qonaq otağımızdakı kökdən düşmüş pianomuzu dınqıldatdı və oynamağım üçün mənə 5 rubl şabaş verdi...
Tural Turan
2019
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Media
Ədəbiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Oktyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























