Xəbər lenti
“Mən ədəbi mükafatları nəzərə almadan öz yaradıcılığımla məşğulam...”
Xəbər verdiyimiz kimi Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda VEKTOR Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi Şahmaz Əkbərzadə adına ədəbiyyat mükafatının təqdimetmə mərasimi keçirilib. Şahmar Əkbərzadə adına mükafata layiq görülən şairlərdən biri də Rüstəm Behrudidir.
R.Behrudi moderator.az-a açıqlamasında mükafat almasıyla bağlı öz fikirlərini bölüşüb:
“Şahmar Əkbərzadə adına mükafata layiq görüldüyüm üçün əməyi keçən hər kəsə təşəkkür edirəm. Amma çox təəssüflər olsun ki, Bakıda olmadığım üçün mükafatlandırma mərasimində iştirak edə bilmədim. Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən iki il öncə çıxmışam və ona görə də təqdimat orda olduğu üçün getməyəcəkdim. Mən ədəbiyyat adamıyam və öz yaradıcılığımla məşğul oluram. Qaldı ki, heç kimin qabağında elə bir öhdəlik götürməmişəm ki, mən şeir yazacam və kimlərsə də mənə mükafat verəcək. Bu mükafatları nəzərə almadan öz işimlə məşğulam. Sizlərə də diqqətiniz üçün təşəkkür edirəm”.
Qeyd edək ki, bu il Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatına Rüstəm Behrudi ilə yanaşı, Ramiz Qusarçaylı, İbrahim İlyaslı, Nazim Əhmədli, Rafiq Hacıyev, Vaqif İsaqoğlu və Fərid Hüseyn layiq görülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar