Xəbər lenti
. "Üçcə dəfə gördüm Ağa Laçınlını ... "
Bu gün mərhum şair, şirin və həlim sözü-söhbəti ilə yaddaşlarda yaşayan, Laçın dağları kimi uca və vüqarlı həyat yaşayan Ağa LAÇINLInın anım günüdür.

Manevr.az saytı sözlə Ağa LAÇINLInın "bal kimi" portretini yaradan istedadlı şair Namiq DƏLİDAĞLInın böyük söz ustadına ithaf etdiyi şeiri təqdim edir:
XAN LAÇINA GEDƏ BİLMƏDİ, AĞA LAÇINLI
Üçcə dəfə gördüm Ağa Laçınlını-
Ağa kişi kimi;
sözünün Ağası kimi;
Ağa Laçınlı kimi.
Söhbətinin dadı damağımda qaldı-
bal kimi;
şəkər kimi;
şərbət kimi.
Sonra araya vaxt düşdü-
ayrılıq kimi;
hicran kimi;
həsrət kimi.
.... Çiçəklərin ballanmağını
arılardan qabaq duyurdu
Ağa Laçınlı.
Laçın dağlarından
şirə toplayıb kitab şanlara
hörürdü Bakıda...
Auditoriyalarda bal daddırırdı
tələbələrinə...
Sonra karxana auditoriyalardan
beçələrini uçururdu:
şirə çəkməyə, bal toplamağa...
...On beş il Xan Laçına gedə bilmədi,
Ağa Laçınlı:
şirə çəkməyə, bal toplamağa.
Bakıda mayasını yedi və...
Namiq Dəlidağlı






Manevr.az

Manevr.az saytı sözlə Ağa LAÇINLInın "bal kimi" portretini yaradan istedadlı şair Namiq DƏLİDAĞLInın böyük söz ustadına ithaf etdiyi şeiri təqdim edir:
XAN LAÇINA GEDƏ BİLMƏDİ, AĞA LAÇINLI
Üçcə dəfə gördüm Ağa Laçınlını-
Ağa kişi kimi;
sözünün Ağası kimi;
Ağa Laçınlı kimi.
Söhbətinin dadı damağımda qaldı-
bal kimi;
şəkər kimi;
şərbət kimi.
Sonra araya vaxt düşdü-
ayrılıq kimi;
hicran kimi;
həsrət kimi.
.... Çiçəklərin ballanmağını
arılardan qabaq duyurdu
Ağa Laçınlı.
Laçın dağlarından
şirə toplayıb kitab şanlara
hörürdü Bakıda...
Auditoriyalarda bal daddırırdı
tələbələrinə...
Sonra karxana auditoriyalardan
beçələrini uçururdu:
şirə çəkməyə, bal toplamağa...
...On beş il Xan Laçına gedə bilmədi,
Ağa Laçınlı:
şirə çəkməyə, bal toplamağa.
Bakıda mayasını yedi və...
Namiq Dəlidağlı






Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar