Xəbər lenti
”Həmid Herisçi ölüb, iylənməyindən xəbəri yoxdur” - Cəlil Cavanşir
“Həmid Herisçi reallıq hissini itirmiş avantüristdir”.
Manevr.az xəbər verir ki, bu sözləri yazıçı Cəlil Cavanşir Həmid Herisçinin Azad Yazarlar Ocağı və yazıçı Rafiq Tağı haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Məsələyə öz şəxsi Facebook səhifəsində münasibət bildirən yazıçı Həmid Hersçinin fikirlərini tənqid edib.
“Onun din adına verdiyi açıqlamaların dinə, ədəbiyyat adına verdiyi açıqlamaların ədəbiyyata dəxli yoxdur. Zamanında yazdığı şeirləri, yazılara sözüm yox. Artıq illərdi ki, Həmid ağa qeyri-ciddi obrazı ilə özünü reklam etməyə, gündəmdə qalmağa çalışır. Rafiq Tağı dünyasını dəyişsə də, ölməyib. Həmid isə hər gün “ölür” və təəssüf ki, artıq iylənməyindən xəbəri yoxdur”.
Qeyd edək ki, yazıçı Həmid Hersçi Teleqraf.com-a müsahibəsində Rafiq Tağının onu kiminsə sifarişi ilə tənqid etdiyini, fitvaya getdiyini iddia edib və mərhum yazıçı haqda ağır sözlər işlədib:
“O da fitvaya getmişdi. Buna görə də axırı çox pis oldu. AYO-nun başına kontrol atəşini şəxsən özüm vuracağam”.
Həmid Herisçi bir yazıçının başqa bir yazıçı, həm də qətlə yetirilmiş qələm yoldaşı haqda belə danışmasını bu cür izah etməyə çalışıb:
“Xainləri sevmirəm, heç vaxt bağışlamıram. Peyğəmbərə dönük çıxan şəxs dostlarına da xain çıxdı. Mən onu xain kimi tanıyıram. Xainin ölüsü-dirisi olmur, mənim üçün xaindir o”.(A24.Az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar