Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Nəsr əsərlərimi daha çox sevirəm” - Səhər ƏHMƏD - TƏQDİMAT/FOTOLAR

Tarix: 19-11-2016 18:18     Baxış: 3244 A- / A+
“Nəsr əsərlərimi daha çox sevirəm”






















Bu gün şair Səhər Əhmədin nəsr kitabının təqdimatı keçirilib.

Manevr.az xəbər verir ki, “Həyatın təkrar nəşri” adlı kitab insan portretləri, ictimai-siyasi esselər, lirik-romantik etüdlər və müxtəlif mövzuda yazılmış hekayə və bir povestlərdən ibarətdir.

Yaradıcılığa şeirlə başlayan Səhər Əhməd ilk nəsr kitabını oxuculara təqdim etməyin sevincini dilə gətirib: “Mən yaradıcılığa şeirlə başlamışam,indiyəcən bir neçə şeir kitablarım çap olunub. Bu baxımdan şeir kitablarının uğuru mənim üçün yeni deyil.

Amma nəsrin ab-havası ilk dəfə olduğuna görə mənə daha xoş təsir bağışlayır. Nəsr yazmağa son beş ildə başlamışam. Əsərlərimdə hamımızın görüb yanından ötdüyü bəzi insan tiplərinə üstüntük vermişəm. Esselər, lirik-romantik etüdlərim, hekayələrim müxtəlif saytlarda, “Ulduz”, “Azərbaycan” jurnallarında çap olunub. Məxsusi kitab üçün yazdığım və üzərində yenidən işlədiyim hekayələrim də var”
.

Səhər Əhməd nəsrə keçidini belə izah edib: “Şeir daha çox hissin, cavanlığın, sevginin, həyəcanın məhsuludur. Yaş ötdükcə insan daha çox düşünməyə başlayır, ictimai məsələlər barədə daha çox fikirləşir. Bunları isə şeirlə ifadə etmək çətindir. Həm yaş, həm dövrlə bağlı mən nəsrə keçməyi daha məqsədəuyğun hesab etdim”.

O, nəsrinin seviləcəyindən bir qədər bədgümandır: “Nəsrdə seviləcəyimi gözləmirəm. O gün feysbukda bir status yazdım ki, biri nəsrimi, biri şeirimi tərifləyir. Amma mən nədənsə nəsrimi daha çox sevirəm. Ona görə nəsrim haqda olan xoş sözlər məni sevindirir. Hekayələrim yeniyetmələrin çox xoşuna gəlib. Bununla bağlı onlar hətta mənimlə müzakirələr də aparırlar və bu, məni çox sevindirir. Hamı deyir ədəbiyyata maraq ölüb, bu fikirlər məndə də bir az pessimizm yaratmışdı. Amma sosial şəbəkədə müzakirələrdən, saytlarda yazılarımın oxunma saylarına baxandan sonra naşükür ola bilmərəm”.

Gələcək planları barədə isə Səhər Əhməd bunları deyib: “Hamı məndən roman gözləyir, amma hələ ki mən bunu özümdən gözləmirəm. Yaradıcılığı proqnozlaşdırmaq olmur”. (Teleqraf.com)

“Nəsr əsərlərimi daha çox sevirəm”
“Nəsr əsərlərimi daha çox sevirəm”
“Nəsr əsərlərimi daha çox sevirəm”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar