Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ədalət Nicatın “Sözüm üşüyür” adlı kitabının təqdimatı keçirilib -FOTOLAR

Tarix: 12-11-2016 19:10     Baxış: 2365 A- / A+
Ədalət Nicatın “Sözüm üşüyür” adlı kitabının təqdimatı keçirilib


Sumqayıt şəhər Poeziya Evində Əli Kərim adına “Poeziya” klubunun təşkilatçılığı ilə AYB-nin üzvü, Qarabağ müharibəsi əlili, şair Ədalət Nicatın 50 illik yubileyi və yeni nəşr olunmuş “Sözüm üşüyür” adlı şeirlər kitabının imza günü münasibətilə tədbir keçirilib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, gecəni giriş sözü ilə Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq Ədalət Nicatın ömür və yaradıcılıq yolundan söz açıb, yubilyarı təbrik edib.

Daha sonra yazıçı-dramaturq Əyyub Qiyas, professor Vaqif Yusifli, filologiya elmləri doktoru, BSU-nun professoru Rüstəm Kamal, XAQANİ Poeziya Evinin direktoru, şairə Aybəniz Əliyar, şair-publisist Sevinc Məmmədova çıxış edərək Ədalət Nicatın yaradıcılığı haqqında fikirlərini bildirib, şairi təbrik edərək xoş arzularını çatdırıblar.

Şairin dostları Ayaz Arabaçı, Həmid Ormanlı, Zirəddin Qafarlı, Nadir Azayoğlu, Əli Nəcəfxanlı, Xan Rəsuloğlu, Süleyman Sərraf, Elvin Əlizadə, Şəfaqət Ağayeva çıxış edərək qələm dostlarına yubileyi münasibətilə ürək sözlərini çatdırıblar.

Gənc aşıqlardan Anar və Seymur Laçınlı yubilyarı saz havaları ilə təbrik edib.

Ədalət Nicatın “Sözüm üşüyür” adlı kitabının təqdimatı keçirilib
Ədalət Nicatın “Sözüm üşüyür” adlı kitabının təqdimatı keçirilib
Ədalət Nicatın “Sözüm üşüyür” adlı kitabının təqdimatı keçirilib
Ədalət Nicatın “Sözüm üşüyür” adlı kitabının təqdimatı keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar