Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Nizami Gəncəvi ilə bağlı məsələdə günahı özümüzdə aramalıyıq - Deputat

Tarix: 05-01-2019 21:36     Baxış: 3277 A- / A+
Nizami Gəncəvi ilə bağlı məsələdə günahı özümüzdə aramalıyıq


Dahi Azərbaycan şairi Nizami Gəncəviyə münasibətdə bizi nigaran qoyan mövqelər səngimirsə, günahı ilk növbədə özümüzdə aramalıyıq.

Manevr.az xəbər verir ki, bunu millət vəkili, akademik Rafael Hüseynov dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəzi müəlliflər, o cümlədən, ABŞ dövlət katibi Maykl Pompeo tərəfindən fars şairi kimi təqdim edilməsi cəhdlərinə münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, Nizami Gəncəvi Azərbaycan xalqının iftixar qaynaqlarındandır.

“Əbədi vüqar və zövq daşıyıcılarımıza əlbəttə ki, həmişə ikiqat, üçqat həssaslıqla yanaşmalıyıq.

Nizamiyə münasibətdə bizi nigaran qoyan mövqelər səngimirsə, günahı ilk növbədə özümüzdə aramalıyıq.

Nizami Gəncəvi ilə bağlı məsələdə günahı özümüzdə aramalıyıq


Şəxsən mən bir ədəbiyyatçı, söz adamı olaraq ən əvvəl özümü suçlu sayıram.

Demək, az yazmışam, az demişəm, Azərbaycan sərhədlərindən kənarlarda Azərbaycan şairi Nizamini yetərincə və lazımi səviyyədə təqdim etməmişəm ki, belə istənilməz hallar ortaya çıxır.

Ona görə də mən özümü də, digər səriştəsi, imkanı, gücü çatanları da bu müqəddəs qoruyuculuq səmtində müdam səfərbər olmağa dəvət edirəm.

ABŞ dövlət katibinə rəsmən məktub yazıb göndərdim və ümid edirəm ki, cavab da alacağam...”, - deyə, akademik sözlərinə əlavə edib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar