Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əlindən hər şeyi alınan Tağıyevin fəhlələrə üzüm sovqatı - Təsirləndirici xatirə-FOTO

Tarix: 23-12-2018 09:03     Baxış: 4325 A- / A+
Əlindən hər şeyi alınan Tağıyevin fəhlələrə üzüm sovqatı

“Azərbaycan Xalq Cümhuriyyəti” ili artıq yekunlaşmaq üzrədir.

Manevr.az bildirir ki, moderator.az mütəmadi olaraq, AXC xadimləri, bu şanlı dövlətlə bərabər adıçəkilən şəxslərlə bağlı yazılarla çıxış edib. Bunlardan biri də mesenant, AXC naminə əlindən gələni əsirgəməyən, böyük maarifçi şəxs Hacı Zeynalabdin Tağıyevdir.
Bu dəfə də xeyriyyəçinin əsas tədqiqatçılarından olan fəlsəfə doktoru Fərhad Cabbarlıya istinadən milyonçu haqqında iki faktı təqdim edirik:

Başlayaq, birincidən.... Artıq bolşevik rejimi AXC-ni devirib, bir çoxlarının mülklərini əllərindən almışdı. Bəzilərini isə ümumiyyətlə yaşamdan məhrum etdilər. Təbii ki, təəssüfedici faktdır. Amma bundan da təəssüfedici fakt hamının sevimlisi olan Hacı Zeynalabdinin ömrünün ahıl çağında layiq olmadığı aqibətə məruz qalması, mülklərinin əlindən alınaraq, yalnız Mərdəkandakı bağ evində məcburən sığınması olub.

Amma o yenə də Tağıyev idi. Yenə də hamı ona çox böyük hörmətlə yanaşırdı. Vaxilə tikdirdiyi teatra gedib, yenə də hər zaman oturduğu lojaya qalxar və bu zaman bütün tamaşaçılar ayağa qalxaraq Hacını salamlardılar.

Fərhad Cabbarlının təqdim etdiyi faktda da bunu görmək olar:

“Tağıyev fabrikinin keçmiş fəhləsi Sona Məmmədova danışır ki, Hacının hər şeyi əlindən alınandan sonra fəhlələri gediblər onu ziyarət etməyə. O da tapşırır ki, fəhlələrə üzüm dərib versinlər. Artıq milyonçu deyil, amma yenə də yanına gələnləri əliboş buraxmır...”
Əlindən hər şeyi alınan Tağıyevin fəhlələrə üzüm sovqatı


İkinci fakt isə XX əsrin əvvəllərində çıxan qəzetlərin birindəki yazıya cavabdır.

Müxbir Petrişşev qəzet səhifələrində Əhməd bəy Ağayevi Hacı Zeynalabdin Tağıyevin puluna görə onu əsərlərində vəsf etməkdə günahlandırır. Əhməd bəy "Kaspi"də Petrişşevə cavabında yazırdı:

"...Mənim Tağıyevdən bəhs etdiyim yeganə kitabım bu yaxınlarda çıxan "Axund və islam" broşürudur. Kitabı yazandan sonra onu nəşr etməyə imkanım olmadığından mən, bunun üçün Tağıyevə müraciət etdim. Tağıyev razılaşdı və kitabın nəşri üçün 200 manat verdi. Bu məbləğə mən ona 1400 nüsxəni verməyi öhdəmə götürdüm. Hər nüsxənin qiyməti - 40 qəpik. İndi qoy Petrişşev hesablasın, mən, Tağıyevin kitabın çıxmasında xidmətindən nə qədər "qazanmışam". Lakin Tağıyev də bundan heç nə qazanmadı, çünki həmin 1400 nüsxəni paylamaq və yaymaq üçün götürmüşdü. Tağıyevi "vəsf etməyimə" gəlincə, mən, kitabın ön sözündə Tağıyevin tərəqqiyə və müsəlmanların mədəni inkişafına məhəbbətini və səylərini vurğuladım, onun humanist hisslərinə səslənərək, yeni əsaslara söykənən müsəlman ruhani akademiyasının yaradılması təşəbbüsünü öz üzərinə götürməyi xahiş etdim... Qəti şəkildə bildirirəm ki, bu kitabdan başqa mən heç bir qəzetdə Tağıyev haqqında bir hərf belə yazmamışam, onun "ianələrindən" istifadə etməmişəm və onu heç bir xərcə salmamışam".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar