Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu sözün arxasından qaçıram - Anar

Tarix: 24-11-2018 12:31     Baxış: 2209 A- / A+
Bu sözün arxasından qaçıram - Anar

30 ildən çoxdur diabet xəstəsiyəm. Ötən il də ürəyimdən əməliyyat olunmuşam. Həkimlər çox gəzməyi məsləhət görsələr də, buna imkanım, vaxtım olmur. İndi özümü normal hiss edirəm. 80 yaşım var və bu, az ömür deyil. Ancaq bir istəyim odur ki, Allah mənə 5 il, çox səxavətlidirsə, 10 il ömür versin ki, planlarımı həyata keçirim.

Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Tibb qəzeti”nə səhhəti, yaradıcılığı ilə bağlı geniş müsahibə verərkən bildirib.

Yazıçının sözlərinə görə, bir vaxtlar işlətdiyi ifadə ilə gənc yazarların xətrinə dəydiyi üçün bu onu narahat edib:

“Bir dəfə demişdim ki, əgər 60-cı illər ədəbiyyatın qızıl dövrü idisə, indi “qızılca” dövrüdür. Gənclər bu sözümdən incimişdilər. Qəbul edirəm ki, bu, bir az ifrat sözdür və mən bu sözün arxasından qaçıram. Çünki gənclər arasında çox istedadlı yazıçılar, şairlər, nasirlər də var. Amma hələ 60-cı illərdə yaranan ədəbiyyat səviyyəsində əsərlər yazılmayıb”.

Xalq yazıçısı təəssüflə bildirib ki, bu gün cəmiyyətin əsas fiqurları ziyalılar yox, şou ulduzlarıdır. İndi müğənnilər yazıçıdan, şairdən çox qazanır:

“Bir zamanlar ən populyar, ən imkanlı adamlar şairlər, yazıçılar, alimlər idi. Çünki əsərlərimizə görə yüksək qonorar alırdıq. İndi Yazıçılar Birliyinin bütün üzvlərinin qazandığından daha artığını hansısa bir müğənni cəmi bir ayda toyda qazanır. Televiziyalar da həmin müğənniləri, dedi-qodu edənləri təbliğ edir, ədəbiyyatı yox. İnsanların marağını belə şeylərə yönəldirlər.Bu, xalqın əxlaqını pozur, bayağılığa alışdırır, mənəvi aşınma gedir. Əvvəllər ziyalı sözü dəyərli idi.Bu gün elə deyil”./kult.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar