Sizin Reklam Burada
Xəbər lenti
12-10-2026
11-10-2026
BÜTÜN XƏBƏRLƏR

Arvadı ölən kişinin şeiri - İlham Qəhrəman

Tarix: 04-11-2016 22:01     Baxış: 7525 A- / A+
Arvadı ölən kişinin şeiri



Manevr.az teleqraf.com-a istinadən istedadlı və tanınmış şair İlham Qəhrəmanın "Həsən əmi" şeirini təqdim edir:

Xanım-xatın arvadın
öldü, Həsən əmi.
Cibində dərman nüsxələri,
Evində bir qutu dərman
qaldı, Həsən əmi.

Hirsinə, hikkənə
kim ütü çəkəcək,
işdən dönəndə
əlinə kim su tökəcək?

Toylarda "Sarıköynək"
havasını çaldırardın,
arvadınla qol qaldırardın.

Kəndin toylarından
o hava getdi,
O gözəl günlərin
hara getdi?

Dünyaya etibar nə gəzir?
Elə bilirdin sağaldacaq onu
qapının başına qoyduğun nəzir.

Həkimlərə xələtin qalıb,
Həmişəki deyilsən,
indi qaraltın qalıb.

Bu nə dərddi tapdı səni,
Taladı, çapdı səni.
Canını dişinə yığmısan,
Üzünə demək olmasın,
yaman sınıxmısan!

…Canını dişinə yığmısan,
Canın niyə acıxıbdı, Həsən əmi?!
Səhərdən oturmusan bu daşın üstə
dur get evə,
Ay çıxıbdı, Həsən əmi…

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar