Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Milyonçu Tağıyev Cümhuriyyət naminə varlıları necə “soydu” - XATİRƏ

Tarix: 09-11-2018 07:25     Baxış: 3231 A- / A+
Milyonçu Tağıyev Cümhuriyyət naminə varlıları necə “soydu” - XATİRƏ

Bu il 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Cümhuriyyətinin ən dəyərli tarixi salmanələrindən biri də Nağı bəy Şeyxzamanlının xatirələrindən ibarət kitabdır. AXC-nin Əks Kəşfiyyatla Mübarizə İdarəsinin rəisi olan Nağı bəyin yazdığı xatirələrin hər cümləsində tarixi reallıq öz əksini tapıb:


Manevr.az
moderator.az-a istinadən böyük şəxsiyyət Hacı Zeynalabdin Tağıyevlə bağlı iki məqamı təqdim edir:

“Azərbaycanın Milli İstiqlal dövründə ilk Novruz bayramını şəhər klubunun möhtəşəm salonunda qeyd edirdik. Xeyriyyə Cəmiyyətinin sədri vəkil Qasım Qasımzadə masasını giriş qapısına qoyduraraq gələnlərdən ianə toplayırdı. Mən də bu mərasimdə iştirak edirdim. Bir müddət sonra Hacı Zeynalabdin gəldi və cəmiyyətin sədrinin yanında oturdu. O, cəmiyyətin sədrindən kimlərin gəldiyini və nə qədər ianə verdiklərini soruşdu.

Hacıdan əvvəl gələn varlılar baxdılar ki, Hacı içəri girmədi və dərhal gəlib onun bayramını təbrik etdilər. Hacı onlara: “İndi əsir deyilik, müstəqilik. Biz indi istiqlalımızı bütün dünyaya elan etmiş bir türk millətiyik. Hökumətimizin vəziyyəti çox ağırdır. Hər əskikliyimizi hökumətə yükləməyək. Verdiyiniz pul çox azdır” dedi. Qoltuğundan çek dəftərini çıxararaq: “Mən əlli min rubl ianə edirəm. Bu gün burada pul verilməli deyil, çek yazılmalıdır” dedi. Hacının bu sözlərindən sonra çek dəftərləri çıxdı və çeklər yazıldı. Hacı iki saat orada qalaraq hər gələndən çek aldı”

MARAQLI HAŞİYƏ - "Müsavat" partiyasının I qurultayında (1917) giriş nitqi ilə Məhəmmədəmin Rəsulzadə çıxış edir. Natiq çıxışa başladıqdan bir neçə dəqiqədən sonra Hacı Zeynalabdin Tağıyev zala daxil olur. Rəsulzadə çıxışını dayandırır, bütün zal ayaq üstə Tağıyevi alqışlayır. Tağıyev Rəsulzadənin çıxışına dəstək verərək güclü təşkilatın yaradılmasının vacibliyini qeyd edir.

Nağı bəyin H.Z. Tağıyev barəsindəki növbəti xatirəsi isə belədir:

Bir cümə axşamı Ənvər Paşa mənə “Nağı bəy, sabah sultan tərəfindən qəbul ediləcəksən. Saraydan avtomobil gəlib sizi götürəcəkdir” dedi. Cümə günü deyilən vaxtı avtomobil gəlib məni Yıldız sarayına aparıldı. Sultan Rəşad namazda idi. Biz bir başqa otaqda söhbət edərək gözləyirdik. Sultanın namazdan çıxdığını bizə xəbər verdilər. Bayıra çıxdıq. Bəhriyyə orkestri marş çalır, vəkillərlə mən də sıraya düzülmüşdük. Sultan yanında da Ənvər Paşa salam almış vəziyyətdə bizə doğru gəlirdilər. Vəkillərin hamısı fəsli olduğu halda təkcə mən gümüşü papaqla gözə çarpırdım. Düz yanımıza yaxınlaşdıqları zaman Sultan Ənvər Paşaya məni göstərərək “Bu kimdir?” deyə soruşur. Ənvər Paşa “Qafqaz vəkili Nağı bəydir” cavabını verir. Sultan mənim türkcə bilib-bilmədiyimi soruşur və sonra yanımızdakı pilləkənlərlə yuxarı çıxaraq otağına girir. Biz də onun arxasınca pilləkənləri çıxaraq qarşıdakı otağa giririk. Bir az sonra Ənvər Paşa gələrək mənə “Nağı bəy, Sultanın hüzuruna qəbul olunurusunuz” dedi. Sultanın otağına bərabər girdik. Mən ədəblə salam verdim. Sultan məni gözləri ilə süzdü və “Demək türkcə bilirsən” dedi. Mən də “Bəli Sultanın, mən türkəm” dedim. Sultan mənə “mən səni çərkəz zənn etdim” dedi. Mən dərhal “Qafqazda 5 milyon türk vardır. Bunların içərisində çərkəzlər 200000-ə qədərdirlər” dedim. Sultan Rəşad bu sözlərimdən məmnun olmadı və “demək zalım çar onları məhv edib tükətmiş” dedi. Sonra o, mənə anasının çərkəz olduğunu və çərkəzləri çox sevdiyini söylədi. Mən “Sultan həzrətləri, Rusiyada 35 milyon Türk-İslam vardır. Əsrlərlə zalım rus çarlarının zülmü altında inləməkdə idilər. Allahın köməyi ilə Çarı devirəcək zəncirləri qopardıq. Məni vəkil edərək «get müsəlmanların hörmətli xəlifəsinə salamımızı çatdır» dedilər. «Hamımız sənə dua etməkdəyik » dedim. Bu sözlərimdən çox məmnun olan Sultan Ənvər Paşaya tərəf döndü və «Nağı bəyə üçüncü dərəcəli məcidiyyə veri» dedi. O zaman əncir aldığım baqqalın məcidiyyələri yadıma düşdü. Ənvər Paşa «Sultan həzrətləri, Nağı bəy və yoldaşları ruslarla çətin müharibələr apararaq onları Qafqazdan qovmuşlar. Müharibə medalının devrilməsini əmr edin» dedi. Biz bayıra çıxdıqda Ənvər Paşa əlimi sıxdı və əmirlərə verilən üçüncü məcidiyyə nişanı ilə təltif edildiniz, təbrik edirəm» dedi. Bu zaman anladım ki, alacağım məcidiyyə deyil, məcidiyyə nişanı ilə təltif edib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar