Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
07-05-2026
06-05-2026
BÜTÜN XƏBƏRLƏR

Nargin adasının sirri, Mikayıl Müşfiqlə bağlı bir başqa ehtimal - Gizli tarix

Tarix: 29-10-2018 23:18     Baxış: 3436 A- / A+
Nargin adasının sirri, Mikayıl Müşfiqlə bağlı bir başqa ehtimal - Gizli tarix

Bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı: Repressiya qurbanı olan, nakam taleli şair Mikayıl Müşfiq güllələndikdən sonra dənizə atılmayıb, Puta qəsəbəsindəki gizli məzarlıqda digər repressiya qurbanları ilə birgə basdırılıb. Puta qəsəbəsində qazıntı da aparıldı. Aşkar olunan cəsəd qalıqlarının Müşfiqə aid olması ehtimalı var. Hazırda DNT analizinin nəticələri səbirsizliklə gözlənilir.

Bu barədə mətbuatda bir çox sözlər deyildi. Müxtəlif insanlardan, tarixçilərdən, ziyalılardan faktla bağlı münasibət öyrənildi.

Məlum hadisə ilə bağlı hələ də müxtəlif səpkili fikirlər səsləndirilir. Kimi məsələyə pozitiv, kimi isə neqativ yanaşır.

Manevr.az moderator.az-a istinadən xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Müşfiqin nəşir ilə bağlı başqa bir maraqlı fərziyəni irəli sürüb:

"Mediada Mikayıl Müşfiqin məzarının tapılmasına dair foto paylaşılır. Bəziləri soruşur ki, niyə məhz Qaradağ ərazisində?

Bir neçə şəxsdən etşitdiyimə, bəzi xatirələrdə oxuduğuma görə Əhməd Cavad, Mikayıl Müşfiq və bir neçə repressiya qurbanın Nargində öldürəndən sonra bolşeviklər onların meyidlərin dənizə atırmışlar və Gizli Müsavat üzvləri təcrübəli qayıqçı və balıqçıların köməyi ilə gecə ikən meyidləri dənizdən çıxarıb adsız məzarlıqda dəfn ediblər.

İddialara görə Əhməd Cavadın da məzarı Yasamal qəbiristanlığındadır.
Ekspertlər müəyyən etsə ki, həqiqətən tapılan məzarda dəfn edilən Müşfiqdir, ehtimallar özünü doğruldacaq"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar