Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Bəzi dostlarımı hələ görməmişəm” - Musa Yaqub

Tarix: 08-10-2018 09:00     Baxış: 4283 A- / A+
“Bəzi dostlarımı hələ görməmişəm”


Xalq şairi Musa Yaqub bu günlərdə Bakıya geri dönüb.

Manevr.az xəbər verir ki, bu barədə şairin özü “Yeni Müsavat”a açıqlamasında bildirib. Musa Yaqub vəziyyətinin getdikcə yaxşılaşdığını deyib:

“Getdikcə yaxşılaşıram. Şükürlər olsun ki, babatam. Bu günlərdə Bakıya gəldim. Müalicəmi bundan sonra Bakıda davam edəcəm. Dostlarım hər zaman yanımda oldu. Bakıya döndükdən sonra bəzilərini hələ ki görməmişəm”.

Şair yazdığı son şeirlərindən də söz açıb: “Şeir yazıram, amma çox yavaş sürətlə. Hər kəsə çox sağ ol deyirəm ki, mənim üçün narahat oldular. Mənə elə gəlir ki, mənə xalq, el sevgisi kömək etdi, Pərvərdigar razılıq verdi ki, yenidən həyata qayıtdım”.

Xatırladaq ki, şair Musa Yaqub uzun müddətdir ki, Parkinson xəstəliyindən əziyyət çəkir. Bir müddət bundan əvvəl xəstəlik şiddətləndiyi üçün onun səhhətində ciddi problemlər yaranmış, vəziyyəti ağırlaşmış və müalicəsi üçün doğulduğu İsmayıllının Buynuzlu kəndinə köçmüşdü.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar