Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Şəhriyarın 110 illik yubiley mərasiminə start verildi -FOTOLAR

Tarix: 24-10-2016 13:16     Baxış: 3426 A- / A+
Şəhriyarın 110 illik yubiley mərasiminə start verildi

Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində ustad şair Məhəmmədheseyn Şəhriyarın 110 illiyibiley mərasiminə start verilib.

Manevr.az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov açıb. O, çıxışında belə ədəbi–məclislərin təşkil edilməsinin vacibliyini vurğulayıb və bu tədbirlərdə iştirakından məmnunluğunu qeyd edib.

AYB-nin Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan çıxış edərək Şəhriyar şeirindəki millilik, özünəməxsusluq elementlərinin onun bütün xalqımıza sevdirən cəhətləri kimi vurğulayıb.

Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Şəhriyarı sevərək xatırlayan hər bir azərbaycanlıya minnətdar olduğunu bildirib.

Təbriz Qaradağ Aşıqlar Birliyinin sədri Böyükbəy Ələkbəroğlu öz çıxışı ilə, Təbrizli aşıqlar Aşıq Abbas Məhəmmədi, Aşıq Həsən Babayi isə Şəhriyar sözünün sehrini əsrarəngiz saz havaları ilə bəyan ediblər.

Məclisdə çıxış edən Əsəd Cahangir , Ofeliya Babayeva , Əşrəf Veysəlli , xalçaçı rəssam Fazil Abasquluzadə ayrılıq, həsrət nidalarının ideal poetik həllin tapmış Şəhriyar poeziyasının gözəlliyindən söz açıblar.

Daha sonra xanəndələr Könül Əmiralıyeva, Günay Mehdiyeva, Tural Salmanov və müşayiətcilər Elnur Əliyev, Məhərrəm Qəhrəmanov, Zabil Cavadov şairin sözlərinə bəstələnmiş musiqi nömrələri və muğam parçaları ifa edərək ədəbi – bədii məclisi rövnəqləndiriblər.

Nanrvr.az

Şəhriyarın 110 illik yubiley mərasiminə start verildi
Şəhriyarın 110 illik yubiley mərasiminə start verildi
Şəhriyarın 110 illik yubiley mərasiminə start verildi
Şəhriyarın 110 illik yubiley mərasiminə start verildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar