Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

AYB-nin qaraçuxası Dayandur Sevgin

Tarix: 18-07-2018 10:21     Baxış: 2702 A- / A+
AYB-nin qaraçuxası Dayandur Sevgin

Dünən axşamçağı "Yeddiağac" istirahət mərkəzində dostlarla çay içirdik. Bu dəfə nədənsə Dayandur Sevgin yan masada oturmuşdu. Marketdən gələndə ona da bir qutu siqaret aldım ki, bu yazını oxuya-oxuya çəksin. Çəkə-çəkə də oxuya bilər. Öz işidir.

Mənim işim isə Dayandur haqqında zarafatyana bir yazı yazmaqdır. Fikirləşdim ki, qarşıdan 60 illiyi gəlir, şairi təbrik etmək borcumuzdu. Hələ 55 illiyində ayaqyalın araq içmişdim. 60 illiyə daha böyük fədakarlıq tələb olunur.

Dayandur Sevginin şeirlərini öz dilindən acqarına bəlkə də əlli dəfə eşitmişəm. Cild-cild kitablarını az qalır ki, əzbər biləm. Mənim üçün onun ən maraqlı və ən istedadlı misrası budur:

Dayandur Sevginə təşəkkür düşür.

Bu şeirdə şair öz taleyindən şikayətlənərək deyir ki, niyə filankəsə ev, filankəsə maşın, bəhmənkəsə "paçqa-paçqa" pul, Dayandura isə təşəkkür düşür? Məncə bu misra Dayandurun taleyidir. Tərcümey-halıdır.

Bunun da günahı onun özündədir. Ürəyinin təmizliyindən həmişə zibilə düşür. Həmişə nənəyandılığı başına bəla olur.

Dayandura ayb-nin məxfi agenti də demək olar. Maşallah, qapıçıdan tutmuş Anar müəllimə qədər gün ərzində neçə dəfə öskürüblərsə, hamısını bilir. Adam elə bil məlumat mərkəzidir.

Ayb - də bəzi işlər var ki, onu yalnız Dayandur həll edə bilər. Ondan başqasına bu iş tapşırılsa, qan düşər. Məsələn, Anar müəllimin dərmanlarını Dayandurdan yaxşı heç kim ala bilmir. Ressepti əlinə almaqla aptekdə olmağı bir olur. Aptekin ən gözəl dərmanlarını seçir ki, bir şey - mirşey qalsın.

Deməli, sən allah, hər işə gedəsən, hər məsələni həll edəsən, hörmətin də olmaya. Hörmət var e, təşəkkür boyda, hamıya ev boyda, maşın boyda, Dayandura təşəkkür boyda.

Bir neçə ay öncə ayb-də tədbir idi. Çıxış edəndən sonra Sabir Rüstəmxanlı hamıdan üzr istəyib, tədbir səbəbkarından icazə alıb getmək istədi. Ancaq gördüm ki, qardirobun yanında elə hey eşələnir. Dözdüm, dözə bilmədim, durub yanına getdim, sən demə paltosunu axtarırmış. Bəs palto hansı cəhənnəmdədi? (Cəhənnəm sözünü Sabir müəllimin dili ilə deyirəm). Onu indi yazıram. Demək, Sabir müəllim tədbirə çatar-çatmaz, elə yoldaca Dayandur onun paltosunu soyundurub, hörmət xətrinə əziyyət vermək istəməyib ağsaqqala. Sağ olsun, bunda işimiz yoxdur. Ancaq bir hektar qardirobu boş qoyub, paltonu harasa aparıb. Təsəvvür edirsiz, Sabir müəllimlə Ayb-nin mərtəbələrində Dayandur axtarırıq.

Ora Dayandur, bura Dayandur, ora Dayandur, bura Dayandur. Dayandur elə bil iynə olub düşüb samanlığa. Axırda gedib kiminsə otağında stolun altından tapdıq. Sən demə, biz içəri girən anda qələm yerə düşüb, əyilib onu götürməyə. Biz də öncə elə bildik ki, kimdənsə gizlənir. Nəisə, paltonu da özü ilə gəzdirirmiş. Sabir müəllim müqəddəs paltosunu hirslə alıb dua eləyə-eləyə getdi. İndi gördünüz, adamın başına nə gəlirsə, ürəyitəmizlikdən gəlir.

Hərdən adama elə gəlir ki, Dayandur Sevgin Qəşəm Nəcəfzadənin acığına şair olub. Bütün şeirlərini ona acıq vermək üçün yazır. Elə buna görə də sonda onu təşəkkürlə yola verirlər.

Elşad Barat

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar