Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bədbəxçilikdir ki, bizim cəmiyyətin böyük hissəsi Azərbaycan dilində kitab oxumur" Anar

Tarix: 16-04-2018 12:06     Baxış: 3386 A- / A+
“Bədbəxçilikdir ki, bizim cəmiyyətin böyük hissəsi Azərbaycan dilində kitab oxumur"


Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ARB efirində qonaq olub.

O, məktəb illəri haqqındakı xatirələrini tamaşaçılarla bölüşüb:

"Mən Konservatoriyanın nəzdində fəaliyyət göstərən xüsusi məktəbdə, Azərbaycan bölməsində təhsil almışam. Sinfimizdə 5 nəfər şagird var idi. Sinif yoldaşlarımla bu gün də yaxşı münasibətimiz var. Həyat yoldaşım Zemfira xanım sinif yoldaşımdır. Onunla 11 il bir yerdə oxumuşuq, sonra nişanlanıb evləndik və 56 ildir bərabərik”.

Xalq yazıçısı Azərbaycan dilində mütaliə etməyin əhəmiyyətindən də danışıb:

"Böyük bədbəxçilikdir ki, bizim cəmiyyətin böyük bir hissəsi Azərbaycan dilində kitab oxumur, Azərbaycan ədəbiyyatı ilə tanış deyil. Necə ola bilər ki, müstəqil ölkənin ziyalısı öz ədəbiyyatını bilməsin, doğma dilində danışmağı bacarmasın, bu çox böyük bəladır”.

Anar 14 yaşından etibarən yazmağa başlayıb. Ədəbiyyata marağının yaranmasında əlbəttə ki, atasının və anasının xüsusi təsiri olub:

"Mən uşaq olanda anam mənə "Koroğlu” dastanı və Nazim Hikmətin şeirlərini oxuyardı. Onu həvəslə dinləyirdim. Atam isə məsləhət verirdi ki, böyüyəndə geoloq və ya mühəndis olum. Atam deyirdi ki, yaradıcılıqla hər zaman məşğul ola bilrsən. İndi düşünürəm ki, nahaq yerə onun məsləhətinə qulaq asmadım. Başqa sahələrə yönəlsəydim, təcrübəm daha da çox olardı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar