Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Gün gələcək, Bakıda Əkrəm Əylisliyə heykəl qoyulacaq”

Tarix: 21-12-2017 08:37     Baxış: 41 710 A- / A+
“Gün gələcək, Bakıda Əkrəm Əylisliyə heykəl qoyulacaq”


Xəyal Rza: “Yazıçılar Birliyinin onun yubileyində səssiz qalmasının səbəbi məlumdur”; Rüstəm Behrudi: “Əkrəmin əleyhinə danışan şair və yazıçıların hamısı onun paxıllığını çəkənlərdir”

Yazıçı Əkrəm Əylisinin 80 illik yubileyinin səssiz-səmirsizliyi haqda yazmışdıq.

2013-cü ildə yayılan məlum “Daş yuxular” romanından sonra keçən müddət ərzində daim tənqidlərə məruz qalan yazıçının yubileyinin keçirilməməsini doğru sayanlar da var, bunun əksini düşünənlər də. Son 4 il istisna olmaqla, Ə.Əylisinin ədəbiyyatımızın inkişafında xidmətlərinin danılmaz olduğu, məhz bu səbəbdən Yazıçılar İttifaqı səviyyəsində onun yubileyinin keçirilməsinə ehtiyacın olduğunu deyənlər də var. Lakin bunun əksinə çıxanlar da kifayət qədər çoxdur.

“Gün gələcək, Bakıda Əkrəm Əylisliyə heykəl qoyulacaq”

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza “Yeni Müsavat”a açıqlamasında məlum səbəbdən Ə.Əylisli üçün yubiley keçirmədiklərini bildirdi: “Səssiz qalmağımızın səbəbi məlumdur. Nə üçün səssiz qaldığımızı da hər kəs bilir. Digər tərəfdən, bizə yubiley tədbiri ilə bağlı nə müraciət edilib, nə də biz addım atmışıq, yəni özünün də müraciəti olmayıb”.

Şair Rüstəm Behrudi isə Ə.Əylisli haqda fərqli düşünür: “Doğum günü onu facebook səhifəmdə bir mətn yazıb təbrik etdim. Haradasa 1500 nəfərə yaxın adam şərh yazmışdı. Təsəvvür edin ki, tam əksəriyyəti Əkrəm Əylisdini tərifləyirdi. Ona qarşı aparılan kampaniyanın haqsız olduğu dilə gətirildi. İldən-ilə Əkrəm Əylisliyə qarşı münasibət dəyişir - dövləti demirəm, cəmiyyəti deyirəm. İstəyirəm ki, facebookda yazdığım bu təbriki ora yazasınız. Belə təbrik yazmışdım: ”Bu gün yazda çiçəkləyən ağacları hamilə qadın bilib, onlardan utanan, söyüdlərin sarı işığı ilə yuyunan, “Sənin xatirən yaşayan ürək heç vaxt boş qala bilməz” düşüncəsi ilə dağları gülümsədən adamın-ustad Əkrəm Əylisdinin doğum günüdür. Doğum günün qutlu olsun, qardaş".

“Gün gələcək, Bakıda Əkrəm Əylisliyə heykəl qoyulacaq”

Onun bütün əsərlərini 3-4 cümləyə yığdım. Hesab edirəm ki, Əkrəm son yüzilliyin yetirdiyi ən böyük yazıçılardan biridir. Sadəcə olaraq, düzgün anlaşılmayan bir sıra məqamlar oldu. Əkrəm həmişə axına qarşı gedən adam olub. Yəni hamının dediyini deyəcək şəxs olmayıb. Bu dəfə onun axının əksinə üzməsi düzgün anlaşılmadı, cəmiyyət və dövlət tərəfindən. Amma Əkrəm yenə də əvvəlki ucalığında dayanır. Bir ölkədə ki şair şairin, yazıçı yazıçının paxıllığını çəkir, ona şər-böhtan atır, o ölkədə nədən danışmaq olar? Əkrəmin əleyhinə danışan şair və yazıçıların hamısı onun paxıllığını çəkənlərdir. Onun yerində olmadıqlarına, yazdıqlarını yaza bilmədiklərinə görə onun paxıllığını çəkirlər. O hirs-hikkə hamısı oradan qaynaqlanır. Əllərinə də bəhanə düşdü və bu fürsətdən dərhal yararlandılar və buna da davam edirlər. Yaltaqlıq da burada əsas rol oynayan amillərdən oldu. Əkrəmi təhqir etmək, yüksəldiyi ucalıqdan endirmək istədilər. Ucalığa yüksələn adam bir çox hallarda orada dayana bilmir, amma Əkrəm belələrindən deyil".

R.Behrudi maraqlı bir iddia da səsləndirdi: o, yaxın gələcəkdə Ə.Əylisliyə Bakıda heykəl ucaldılacağına inandığını da söylədi: “Bəxtiyar Vahabzadənin çox gözəl bir fikri var idi. O deyirdi ki, uca dağın gözəlliyini yaxından görmək mümkün deyil, kənardan ona baxmaq lazımdır. Əkrəm müəllimin də illər sonra nə qədər ədəbiyyat fədaisi, böyük yazıçı olduğu görünəcək. Bu, mütləq olacaq. Sənin neçə yaşın var? Əmin ol ki, biz görməsək də, sən Bakının mərkəzində Əkrəm müəllimə qoyulan heykəli görəcəksən. Amma əminəm ki, mütləq sizlər görəcək. Yazıçılar İttifaqı dövlət tərəfindən maliyyələşdirilən və dövlətin nəzarəti altında olan bir qurumdur. Bu baxımdan onlar hansı haqla Əkrəm müəllimin yubileyini keçirə bilərdilər? Düşünürəm ki, bu vəziyyət elə onların ürəyincədir. Onlar istəyirlər ki, Əkrəm müəllimi ədəbiyyat səhifələrindən silsinlər. Bir şəxs deyir ki, dağlar gülümsəyirdi, dağları gülümsədən adamı ədəbiyyatdan silmək olar? Yazda çiçəkləyən ağaclara hamilə qadın deyirdi, belə bir şəxsi ədəbiyyatdan silmək olar? Əminliklə deyirəm ki, 27 yaşındakı bir gənc jurnalist Əkrəm Əylislinin Bakının mərkəzində heykəlinin qoyulacağı günü görəcək. O, bütün həyatını ədəbiyyata həsr etmişdi, xalqının taleyini onunla birlikdə yaşamışdı, ona qarşı olan bu münasibət o olmasa belə, istənilən şəxsdə küskünlük yarada bilər. Əkrəm də insandır. İncidiyi üçün kənara çəkildi”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar