Xəbər lenti
Hikmət NİKBİN : " Axı, Behrudi əsarətsiz ömür yaşayır "
Bu günlərdə Rüstəm BEHRUDİnin 59 yaşı tamam oldu.
Yaradıcılığa keçən əsrin 70-ci illərindən başlayan şair ümumtürk ədəbiyyatını özünəməxsus poetikası ilə zənginləşdirmişdir. Onda sufi şairlərimiz İ.Həsənoğludan, Y.Əmrədən tam fərqli ruhanilik, M.Hadidən, H.Caviddən isə tam fərqli bir türkçülük vardı.
Əgər məndən " O, kimdir ? " soruşsaydılar deyərdim :
- TANRIÇIdır !
Mən qərib, fağır dərvişəm,
Tanrı dağından gəlmişəm...
Ora dəvətdir iş, peşəm,
Haqq yolu ondan keçəcək.
- TÜRKÇÜdür !
Mənə üz tut- yurda ocaq qurana,
TURAN deyib, boz qurd kimi durana.
Sonun yoxdu çevrilmədən Turana,
Vətən !
- HƏQİQƏTÇİdir !
Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Elə qürrələnmə, hər yanın mənəm,
Salam, Dar ağacı !
Əleyküm salam.
Bilirik ki, digər sənət sahiblərindən fərqli olaraq SÖZ yaradıcıları- şairlər və nasirlər özlərində həqiqəti gizlətməklə diri- diri ölə, içlərini həqiqətin məzarlığına çevirə bilərlər.Deməli ən böyük faciə insanın düşüncələrinin dar ağacına çəkilməsidir, diri ikən insanlar arasında özünü öldürməsidir.Xalq elələrinə SAĞ ÖLÜ deyir.Mənə görə Rüstəm bəyin " Salam dar ağacı" şeiri heç də fiziki təsvir deyil.İnsan öz evində ölürsə yorğan- döşəyi də dar ağacıdır.Öldükləri gün yaşadıqlarına təəssüf hissi keçirməyən ALINIAÇIQLAR gələn ölümə salam verənlərdir.Rüstəm Behrudi də gələn ölümə salam verən xoşbəxtlərdəndi.O, xalqının halallığını almış şairdi.
Rüstəm bəyin azadlıq mücadiləli şeirləri ilk yazılarından- 70-ci illərdən başlamışdır. Əslində 1988- ci ildə Quzey Azərbaycanını XALQ HƏRƏKATI bağrına basanda şair artıq bu hərəkata qədər öz sözünü demişdi.
Bir gerçəyi də xatırlatmaq yerinə düşərdi ki, 70- ci illərdə Əbülfəz Elçibəyin adının çəkilməyə cəsarət edilmədiyi bir vaxtda Rüstəm bəy bu vicdan adamına şeir yazmış, onunla bir məsləkdə, bir əqidədə olduğunu açıq şəkildə ifadə etmişdi.Axı Behrudi ruhən əsarətsiz ömür yaşayır.Bu bir reallıqdır ki, ümumtürk ədəbiyyatının səhfələrindən biri də Rüstəm Behrudinin DOĞUM TARİXİndən başlayır.
Doğum tarixin mübarək, ŞAİR !
Hikmət NİKBİN,
şair- publisist
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar