Xəbər lenti
Anardan Behrudiyə barışıq təklifi - Behrudi qəbul etmədi
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qurumdan istefa vermək istəyən şair Rüstəm Behrudiyə barışıq təklifi ünvanlayıb.
Manevr.az xəbər verir ki, birlik sədri musavat.com-a müsahibəsində R.Behrudinin birlikdən ayrılmasına təəssüf etdiyini deyib: “Birlikdən rəsmi çıxmaq üçün ərizə yazılmalıdır. Ümid edirəm ki, Rüstəm düşünüb, daşınıb belə bir ərizəni yazmayacaq, birliyin üzvü olaraq qalacaq və inşallah gələn il 60 yaşını xoş məramla qeyd edəcəyik”.
Rüstəm Behrudi AzNews.az-a açıqlamasında Anarın barışıq təklifinə cavab verib: “Mən Anar müəllimə təşəkkür edirəm. O, mənim üçün həmişə böyük bir ziyalı, örnək olub. Ancaq o yaşda bir adam deyiləm ki, qərarlarımı dəyişəm. 18 yaşda bir uşaq deyil, 59 yaşda bir şairəm.
Mən Yazıçılar Birliyini tərk elədim, vəssalam. Kişiyəm, kişi sözü bir dəfə deyər. Anar müəllimi çox istəyirəm. Özü də onunla bir problemim yoxdur. Sadəcə özüm çıxdım və bunu ictimaiyyətə bəyan elədim”.
Xatırladaq ki, R.Behrudi AYB-dən istefa verdiyini açıqlayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar