Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

"Bu çox ədəbsiz bir düşüncədir" - Rüstəm Behrudidən Fikrət Qocaya sərt cavab...

Tarix: 14-09-2016 09:43     Baxış: 4302 A- / A+
"Bu çox ədəbsiz bir düşüncədir"


Dünən Yazıçılar Birliyindən istefa verməklə gündəmə damğasını vuran ünlü şair Rüstəm Behrudi adıçəkilən qurumun birinci katibi Fikrət Qocanın Moderator.az-dakı açıqlamasına kəskin cavab verib:


"Çox dəyərli Fikrət Qoça! Biz körmüşük ki, insan ahıl yaşında kamilləşər, müdrükləşər. Ançaq sizin mənim AYB-dən istefa verməyimlə bağlı açıqlamanız bu fikrimi alt-üst elədi.

Və sizə cavab vermək məcburiyyətində qaldım.

Yadınızdadırsa, 1996-cı ildə mərhum prezident H.Əliyevlə gənc yazarların görüşündə dünya təcrübəsinə əsaslanaraq demişdim ki, belə bir təşkilata ehtiyac yoxdu. Çünkü dövlət təminatı altında olan istənilən yaradıcı təşkilat müstəqil ola bilməz! Mən yenə də o fikrimdə qalıram.

Qaldı sizin açıqlamanıza, açıqlamanız siz yaşda olan bir qələm adamının səviyyəsinə uyğun deyil.Mənim istefa verməyim də ad günü məsələsi yox, YB-nin mənə münasibətidi...

Siz yəyqin o yazarların doğum günlərini təbrik eləyirsiniz ki, gəlib qapınızda boyun büksünlər və özlərini sizə xatırlatsınlar. Bu çox ədəbsiz bir düşüncədir. Ağlı başında olan adam bu cür açıqlama verə bilməz!
Bu günkü açıqlamanızdan hiss elədim ki,siz həyatınızda bircə dəfə də özü ilə körüşməyən adamsınız. Belə olmasaydı, ən azından xatırlamalıydınız ki, o bir cür müğənniciklərin oxuduğu mahnıların əksəriyyətinin müəllifi sizsiniz.

Qaldı adını gündəmə gətirmək məsələsinə. Əgər, vicdanlı və məsuliyyətli bir ədəbiyyat adamı olsaydınız, bilərdiniz ki, 40 ildir ki, ömrünü-gününü hayküy salmadan,vicdanla, ləyaqətlə ədəbiyyata həsr eləmiş, hələ gənc yaşlarında şerləri Türkdilli xalqlar arasında dillər əzbəri olan, kitabları xarici dillərə çevrilən bir şairin gündəmdə qalmaq problemi ola bilməz.
Mən sizin açıqlamanızı qeyri-səmimi, həqiqətdən uzaq bir şey hesab eləyirəm.
Çox hörmətli Fikrət Qoca! Azərbaycan ədəbiyyatı AYB-dən ibarət deyil. Böyük ədəbiyyatı təkbaşına olan adamlar yaradır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar