Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Vaqif Bayatlı Odərin vəziyyəti pisləşdi

Tarix: 08-08-2017 10:37     Baxış: 4209 A- / A+
Vaqif Bayatlı Odərin vəziyyəti pisləşdi


Vaqif müəllimin durumu açığını desək, yaxşı deyil. Beyni ilə bağlı problemlər azalıb. Amma ürəyinə hələlik heç bir müdaxilə olunmayıb. Ürəklə bağlı, sadəcə, bir neçə dərman atır.
Manevr.az xəbər verir ki, bunu modern.az saytına açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib.

Qeyd edək ki, ötən il avqustun 10-da səhhəti qəfil pisləşən Vaqif Bayatlı təcili sürətdə xəstəxanaya aparılıb və orada uğurlu beyin əməliyyatı keçirib. Lakin əsas problem yuvası olan ürək nayihəsində əməliyyat aparılmadı. Bu barədə Tamam xanım danışır: "Keçən ilin bu vaxtı biz onu Türkiyəyə aparanda beyninin vəziyyəti ürəyinə müdaxiləyə imkan vermədi. Ona görə də keçən il ancaq beyindəki problem barədə tədbirlər görüldü. Artıq bir il tamam olacaq. Ötən il avqustun 10-da beynindən əməliyyat olundu. Ürəyini saxladılar ki, beyni ilə durum qənaətbəxş olsun.

İndi isə havalar elə istidir ki, biz ora gedə bilmirik. Mən keçən aydan bəri Vaqif müəllimdən xahiş edirəm ki, özünü toparlasın və biz də gedə bilək. Həm ürək, həm də beyin həkimləri ilə avqustun 3-nə vaxt təyin etmişdim. Amma Vaqif müəllim gedə bilmədi. Məcbur qalıb, təyin olunan vaxtları ləğv etdirdik. Güman edirik ki, bu isti havalar sərinləsin, biz normal şəkildə gedə bilək".

Vaqif Bayatlının Türkiyəyə getməməsinin bir səbəbi də nəqliyyatla bağlıdır. Təyyarənin onun üçün böyük təhlükə olduğunu bilən şair səbirsizliklə qardaş ölkəyə açılacaq dəmir yol xəttini gözləyir:

"Vaqif müəllim böyük ümidlə qatarın açılmasını gözləyir. Çünki onu təyyarədə aparmaq çox təhlükəlidir. Biz keçən il onu çox ehtiyatla apardıq. Yanında həkim oturmuşdu, tez-tez təzyiqini ölçürdü. Biz çox narahat idik. Elə Vaqif müəllim özü oxumuşdu ki, tezliklə Bakı-Tbilisi-Qars dəmiryolu xətti açılacaq. Artıq sınaqdan da çıxarılıb. O da bunu eşidib sevinmişdi. Mən Dövlət Dəmiryol İdarəsi ilə əlaqə saxladım.

Dedilər ki, həmin xətt tezliklə istifadəyə verilməyəcək. İndi gərək onu təyyarəyə hazırlayaq. Çünki qatarın olacağına tam arxayın idi. Belə güman edirəm ki, bu yaxınlarda qatar olmayacaq və ona görə də mən gərək Vaqif müəllimi yavaş-yavaş psixoloji cəhətdən təyyarəyə hazırlayım. Havalar da deyilənə görə, avqustun 10-dan sonra sərinləməlidir.

Çalışacağıq ki, yenidən təyyarə ilə aparaq və bu dəfə də yanında həkimlər olsun. Çünki Vaqif müəllimi tək Türkiyəyə aparmaq mənim üçün çətin olar".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar