Xəbər lenti
Onun şeirlərində öz əksini tapan, yurd-yuva həsrəti, torpaq qeyrəti yanar ürəyinə dağ çəkirdi

Şahin Qədirin yaradıcılığında Qarabağ nisgili, bütöv Azərbaycan dərdi heç vaxt unudulmadı, ağır bir dərd oldu. Onun şeirlərində ara-sıra öz əksini tapan, yurd-yuva həsrəti, torpaq qeyrəti yanar ürəyinə dağ çəkirdi. Son illər Ali Baş Komandan Respublika Prezidenti İlham Əliyev cənablarının əmri ilə Azərbaycan Ordusunun igid döyüşçüləri əl- ələ verərək düşmən tapdağı altda inləyən torpaqlarımızı azad etməyə başlayanda hamı kimi Şahinin də üzü güldü, qələmi sevindi. Neçə illərdən bəri sinəsində qövr edən yaralar sağalmağa başladı. Qeyrətli Azərbaycan oğullarının qanı bahasına əldə olunan bu qələbəyə həsr etdiyi bu kitab şairin dördüncü kitabıdır.
Kitabda erməni işğalçılarının otuz ildən bəri yurdumuza hücum etməsindən, bu illərdə azərbaycanlıların başlarına gətirdikləri müsibətlərdən, son vaxtlar isə qəhrəman döyüşçülərimizin yağı düşmənin başını "dəmir yumruqla" əzib öz yuvalarına qovduqları bir sıra şeirlərində əks olunmuşdur.Bütün bu səhnələri reallıqla təsvir etmiş müəllif Qələbə zəfərini də böyük iftixar hissi ilə yekunlaşdırmış, oxucuların sevincini öz sevincinə qatmışdır.
Çox diqqətlə bir-birinə qoşulan hadisələrin poetik təsvirləri "Möhtəşəm", "Erməni ki, erməni” və "Qurtar" şeirlərində öz əksini tapmışdır. İşğal illərində, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin, qazilərinin qisaslarını layiqincə alan Azərbaycan Ordusunun qələbə müjdəsi xalqımızın fərəh və vüqar hissini digər poetik nümunələrində də aydın hiss edirik. Bu sevinc və fərəh duyğuları Şahinin hələ 2006-cı ildə qələmə aldığı "İk- inci Qarabağ müharibəsi" poemasında təsvir olunmuşdur.
Bu da şair təxəyyülünün və uzaqgörənliyinin bariz nümunəsidir. Yəni, Azərbaycan ədəbiyyatında ilk dəfə "Birinci və İkinci Qarabağ müharibəsi" terminini ədə- biyyatımıza və poeziyamıza gətirmişdir. Müxtəlif çalarlı misraların toplandığı şeirlər yeni nəşrə hazırlanan şeirlərdə də əksini tapmışdır.
Bütün yazarlarımız kimi Şahin Qədirin də dostluq ideyaları qəlbinə hakim kəsilib. Bu nəcib duyğular onun insanlığına, şəxsiyyətinə, xarakterinə hopmuşdur.
Müəllifin şeirlərini vərəqlədikcə poezi- yanın müxtəlif məzmunlu növlərinə rast gəlirik. Bu müxtəliflik içərisində dünyadan gileylərə, zamandan şikayətlərə də maraq göstəririk. Görürürk ki, bütün şairlərin həyatın gedişatından, İlahi tale yazısından narazılığı eyni məzmundan ibarətdir. Talelər cürbəcür olsa da, qismətlər müxtəlif, onu qəbul etmək başqa-başqadır.
Şair təxəyyülü, poeziya duyğuları, poetik arzuları həmişə onun köməyinə gəlir, yenə ümidini itirmir, inam yox olmur. Dünya onun nazı ilə oynamasa da o, ilhamının deyimləri ilə barışır, sinəsindən gələn arzu-istəklərə ram olur. Məhz ona görə də yazdığı şeirlərin əksərində istəyini büruzə verir, arzuları çiçək açır. Bəzən də vəfasız dünya ilə yenidən dialoqa girir, açıq-aydın qismətinə qane olmur.
Enişli-yoxuşlu poeziya yollarında Ulu Tanrı sənə yaşıl yollar açsın, Şahin Qədir!
Nizami Cəfərov,
Akademik
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar