Xəbər lenti
"İqlim paytaxtına çevrilən Bakı dünyada iqlimi dəyişə bəlkə?" - Rafiq Yusifoğlu (şeir)
Tüstünün əlindən buludlar bezib,
ciyər həsrət qalıb təmiz havaya...
Manevr.az görkəmli şair Rafiq Yusifoğlunun bugünümüzlə səsləşən "Dünyanın iqlimi" şeirini oxuculara təqdim edir:
Artıb yer üzünün dərdi-mərəzi,
Boyverməz dəryalar olubdur dayaz.
Elə bil pozulub mizan-tərəzi,
Nə qışımız qışdı, nə yazımız yaz.
Qədrini bilmirik yer kürəmizin,
Göyə buraxırıq tüstünü, hisi...
Suyu zəhər olub çayın, dənizin,
Saralıb dünyanın bəti-bənizi..
Oğullar azalır, qızlar qarıyır,
Tamah çoxaldıqca, iman sozalır,
Bulaqlar quruyur, çaylar quruyur,
Dünyanın üzünün suyu azalır...
Çiçəklər tərk edir yamacı, düzü,
Qayıtmaq istəmir quş da yuvaya.
Tüstünün əlindən buludlar bezib,
Ciyər həsrət qalıb təmiz havaya...
Dərdlərin əlində acizik hələ,
Qurtula bilmirik dərddən, yaradan...
Tufanla, sel ilə, zəlzələ ilə,
Xəbərdar eləyur bizi Yaradan...
Qiyamət öndədir, bu nədir hələ?
Dünyanın üzünə qaranlıq çökür.
Arabir iqlimi dəyişmək ilə
Tanrı bəndələri sınağa çəkir.
Napakdan ayırıb təmizi, pakı
Bəşər haqq uğrunda döyüşə bəlkə?
İqlim paytaxtına çevrilən Bakı
Dünyada iqlimi dəyişə bəlkə?
Niyə son qoymuruq hərbə, davaya?
Yetməzmi bu qədər ağrı-acılar?
Anamız dünyanın təmiz havaya,
Bəşərin saflığa ehtiyacı var...
Rafiq Yusifoğlu
11.11.2024
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar