Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Axı bütün müharibələr kəpənək qanadlarını yaralayır - Cavid Fərzəli (Şeir)

Tarix: 09-11-2024 19:20     Baxış: 2284 A- / A+
Cavid Fərzəli

***
Baxdım, vətənimin ağ gününə
Hələ də ayaqlarım tank belində vətəndir,
Hələ də barmaqlarım qara köynəkli qələm çölündə vətəndir.

Bir azad ürəkdə yaşamaq üçün
Mən sənin nəğmən olmaq istəyirəm, vətən!

Mən indi bildim ki,
Səngərlərin ürəyində
Bir ana yaylığına bayraq deyəndə;
vətən olurmuş göy üzü.

Burda suların da bir adı müharibədir,
Sülh quşlarının da,
Axı bütün müharibələr kəpənək qanadlarını yaralayır.
Axı sənin azadlığın göz yaşları uğrunda döyüşməkdir, vətən

Baxdım, vətənimin ağ gününə,
Ovucları çiçəkləyir alagöz buludların,
Əlləri göyərir qıvrım yağışların...

Baxdım, vətənimin ağ gününə...
Hələ də günüqaradı qız axşamların
Hələ də bir ata vətən olmaqçün oğul qurban verir.

Əllərimin zəfəri səngərə qədərdirsə,
Bu qələmin mürəkkəbi kağıza qədərdirsə,
Taleyini kim yazacaq o qundaqdakı körpənin, vətən?!

Baxdım, vətənimin ağ gününə
Boynuna xurcun asır kölə küçələr,
adamlar ağ gün dilənir
Qara yağış altında!


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar