Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Sönüb ürəyimdə ümid odu da, gavur dam-daşımı sökəndən bəri - Mikayıl Bədəlov (şeir)

Tarix: 28-10-2017 14:29     Baxış: 946 A- / A+


DÜŞMƏN QUBADLIYA GİRƏNDƏN BƏRİ 

İçimi bir alov yandırıb yaxır,
El oba həsrəti çəkəndən bəri.
Başımın üstündə od, şimşək çaxır
Ruhuma dərd, qübar çökəndən bəri. 

Qürbətdə özümü necə görürəm,
Uşağı, cavanı qoca görürəm,
İşıqlı günü də gecə görürəm,
Tanrı yoluma daş tökəndən bəri. 

Silinir yaddaşdan yurdun adı da, 
İtib ağzımızın tamı, dadı da,
Sönüb ürəyimdə ümid odu da,
Gavur dam-daşımı sökəndən bəri. 

İstək istəyinə qovuşa bilmir,
Bu dərd ürəyimdən sovuşa bilmir,
Qəlbim düşmənlə barışa bilmir,
Yağı yurd - yuvamı əkəndən bəri.

Necə dözək torpağın naləsinə,
Səs verən yoxdu vətənin səsinə,
Tamarzı qalmışıq hər meyvəsinə,
Düşmən Qubadlıya girəndən bəri. 



BİLMİŞƏM SƏNİ 

Günəşdən istisən, dəryadan dərin,
İnan ki, heç nəyə dəyişməm səni.
Mənim dərdim olub hər dərdi-sərin,
Həyatda dayağım bilmişəm səni. 

Qonmasın çöhrənə nə qəm, nə kədər,
Yoxsa cavan ömrüm tez bada gedər, 
Dan yeri ağarıb doğanda ülkər,
Göydəki hilalım bilmişəm səni. 

Uymadın dünyada vara-dövlətə,
Əymədin özünü şana-şöhrətə,
Çoxu heyrandı səndəki qeyrətə,
Başdakı papağım bilmişəm səni.

Səmadan Aypara ulduz seçəndə,
Bizdən də, evlərə bir qız köçəndə,
Bahar mövsümündə orman içində,
Qaynayan bulağım bilmişəm səni. 

Ayları, illəri tez yola saldıq,
Həyatdan doymamış nə tez qocaldıq,
Tanrıdan güc aldıq, haqdan güc aldıq,
Közərən ocağım bilmişəm səni. 

Bilmirəm özünü hər nə sanırsan,
Evimə-eşiyimə bir yaraşıqsan,
Gecələr gözümdə yanan işıqsan,
Həyatda çırağım bilmişəm səni. 

Ocaqda alışıb yanan közümsən,
İşıqlı dünyaya baxan gözümsən,
Sən Vətən ləhcəli şirin sözümsən,
Aydakı camalım bilmişəm səni.


Mikayıl Bədəlov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar