Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

Cəfər Cabbarlı mükafatı komissiyasının növbəti iclası keçirilib

Tarix: 14-10-2024 19:52     Baxış: 360 A- / A+

Azərbaycan klassik ədəbiyyatı, mədəniyyəti, incəsənətinin görkəmli nümayəndəsi, istedadlı dramaturq, yazıçı, şair, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə ədibin adını daşıyan Mükafat komissiyasının növbəti iclası keçirilib. Komissiyanın sədri,
C.Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı çıxış zamanı xatırlatmışdır ki, böyük sənətkarın dövlət tərəfindən adının əbədiləşdirilməsi istiqamətində Azərbaycan Xalq Komissarları Şurasının 8 mart 1935-ci il tarixli 202 saylı qərarı ilə ilk dəfə “Ali ədəbiyyat təhsili alan gənc yazıçılar üçün 300 manat məbləğində C.Cabbarlı adına mükafat təsis edilib”.
İctimai-siyasi həyatda baş verən böyük təbəddülatlardan və fasilədən sonra Cəfər Cabbarlı Mükafatı ədibin 100 illiyi münasibətilə 2001-ci ildə Gülara Cəfər qızı Cabbarlının rəhbərliyi ilə bərpa edilmiş, son 23 ildə Komissiyanın 10 iclası keçirilmiş, 80-dən çox elm, ədəbiyyat, mədəniyyət, incəsənət və mətbuat xadimi mükafata layiq görülmüşdür. 

Cəfər Cabbarlı Mükafatı ilə xalq yazıçısı Elçin, xalq şairi Nəriman Həsənzadə, xalq artistlərindən Mikayıl Mirzə, Azər Zeynalov, Ramiz Novruz, Ramiz Məlik, Yaşar Nuri, Həmidə Ömərova,  Hacı İsmayılov, Fuad Poladov, Rasim Balayev, Zərnigar Ağakişiyeva, Məleykə Əsədova, Şəfiqə Məmmədova, Mələkxanım Əyyubova, Firənfiz Mütəllimova, Nurəddin Mehdixanlı, Ağakişi Kazımov, Azərpaşa Nemətov, Oqtay Mirqasımov, Eldost Bayram, professorlardan Qəzənfər Paşayev, Asif Rüstəmli, İlham Rəhimli, Hamlet İsaxanlı, Himalay Qasımov, Tahirə Məmməd, Gülşən
Əliyeva-Kəngərli, Məryəm Əlizadə, Elman Quliyev, Kərim Tahirov, Türkiyəli professorlardan Ahmet Buran, Ercan Alkaya, Süleyman Kaan Yalçın, Seda Arıkan və b. bu şərəfli fəxri adla təltif edilmişdir.
Ənənənin davamı kimi təqdim olunan müraciətlərə baxılaraq Komissiya aşağıdakı şəxslərə elm, ədəbiyyat, mədəniyyət, incəsənət  mətbuat
nominasiyası üzrə “Cəfər Cabbarlı Mükafatı” verilməsi haqqında qərar qəbul edib.

Cəfər Cabbarlı Mükafatı laureatları:
1. İsa Əkbər oğlu Həbibbəyli – akademik, filologiya elmləri doktoru,
professor
2. İsmayıl Oruc oğlu Məmmədli - filologiya elmləri doktoru, professor
3. İsrafil Ramazan oğlu İsrafilov - əməkdar incəsənət xadimi,
sənətşünaslıq elmləri doktoru, professor
4. Mirzə Məmməd oğlu Maşov - tədqiqatçı, tərcüməçi, ədəbiyyatşünas
5. Nəriman Hacı oğlu Əbdülrəhmanlı - yazıçı-publisist
6. Kənan Hacı - yazıçı-publisist
7. Ağasəfa Qafur oğlu Yəhyayev - şair, publisist
8. Şövqi Ərəstun oğlu Hüseynov - əməkdar artist
9. Simuzər Nadir qızı Ağakişiyeva - Milli Gənc Tamaşaçılar Teatrının
aktrisası
10. İman Əmirhüseyn oğlu Məcidov - rejissor
Xüsusi Diplom:
1. Könül Vaqif qızı Məmmədova – GDU-nun baş müəllimi
PS. Cəfər Cabbarlı Mükafatlarının təqdimat mərasimi 17.10.2024-cü il,
saat 14.00-da AMEA Mərkəzi Elmi Kitabxanasının iclas zalında olacaqdır.

CƏFƏR CABBARLI MÜKAFATI KOMİSSİYASI




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar