Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyat İnstitutu Beynəlxalq kitab sərgisində mükafatlandırılıb

Tarix: 09-10-2024 19:37     Baxış: 382 A- / A+
 
Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq kitab sərgisi yekunlaşıb. 
Manevr.az xəbər verir ki, bir həftə davam edən kitab sərgisinin bağlanış mərasimində müxtəlif nominasiyalar üzrə təltiflər təqdim edilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu sərginin “Ən yaxşı kitab” nominasiyası üzrə qalib olub. İnstitutun nəşr etdiyi “Füzuli kitabxanası” seriyası 10-cu Beynəlxalq Bakı kitab sərgisinin “Ən yaxşı kitab”ı seçilib. Xatırladaq ki, “Füzuli kitabxanası” seriyası Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin baş redaktorluğu, tanınmış füzulişünas alim, filologiya elmləri doktoru Ataəmi Mirzəyevin məsul redaktorluğu ilə yaradılıb. “Füzuli kitabxanası” seriyasından Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı”, Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli”, Məmməd Cəfər Cəfərovun “Füzuli düşünür”, Ataəmi Mirzəyevin “Füzulinin “Tərcümeyi-hədisi-ərbəin” əsəri”, Stanislava Plyaskovitska-Rımkeviçin “Məhəmməd Süleyman oğlu Füzuli”, Aynur Mahmudun “Füzuli ədəbi məktəbi (XVI-XVIII əsrlər)”, Sevinc Ağayevanın “Məhəmməd Füzulinin anadilli divanının leksik tərkibi: Azərbaycan mənşəli arxaizmlər” və Mehriban Mövlamovanın “Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli obrazı” kitabları nəşr olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar