Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Könül yolçuluğu" davam edir - Fərzalı ZİYANUR

Tarix: 02-10-2024 09:56     Baxış: 2104 A- / A+
Fərzalı ZİYANUR

Fərzalı Qərib oğlu Həsənov (Ziyanur) Xaçmaz rayonunun Müzəffəroba kəndində doğulub. İndiki APU-in filologiya fakultəsini bitirib. Məktəb direktoru işləyib.
Hazırda Xaçmazda Murad Qudyalçaylı adına “Ulduzlar” ədəbi məclisinin sədridir. “Səni sevməsəydim” və “Sevgi küləyi” adlı şeirlər kitabının müəllifidir.
Şair Fərzalı Ziyanurun şeirləri səmimyyətdən, saflıqdan yoğrulub. Sətirlərdən kövrək, təmiz bir qəlbin nuru süzülür.
Dəyərli şairimizə yaradıcılıq uğurları arzulayır, bir neçə şeirini 
Manevr.az saytıın oxucularına təqdim edirik.

Nazilə Gültac
şair, yazıçı

***


BU PAYIZ NƏ YAMAN KÖVRƏK OLMUŞAM

Bu payız nə yaman kövrək olmuşam,
Ömrün payızımı çatıbdır, nədir?
Günlərim yaşanır xatirələrdə,
Tay- tuşum azalıb, seyrəlib gedir.

Görək nə qazandım, nəyi itirdim?
Deyib -soruşuram özüm- özümdən,
Sirinli- acılı olub- keçənlər,
Bir kino lenti tək keçir gözümdən.

Bu payız nə yaman kövrək olmuşam,
Bir həzin nəğmədən gözlərim dolur.
Hərdən danışanda qəhərlənirəm,
Sözlərim dolaşır, yarımçıq qalır.

Ömrün ahıl çağı nə yaman olur,
Bəzən uşaq kimi qayğı umuram.
Qəlbimə toxunur hər xırdaca söz,
Gördüyüm çox şeyə mən göz yumuram.

Bu payız nə yaman kövrək olmuşam,
Payız çiskinimi üzümə dəyib?
Xəyal dənizinin dalğalarında,
Yoxsa, cavanlığım gözümə dəyib?


KƏPƏNƏK

Səhər- səhər tezdən sən ay, kəpənək,
Güldən gülə qonub nə arayırsan?
Yoxsa ki, oyadıb şirin yuxudan,
Gülləri birbəbir salamlayırsan?

Qalxırsan, enirsən, dövrə vurursan,
Baxanda üzündən sevinc oxunur,
Bükülüb- açılan ağ qanadların,
Arabir güllərə dəyib toxunur.

Elə hey uçursan güllərin üstdə,
Görən sevdiyin gül səni duyurmu?
Örtüb ləçəyiylə gözəl üzünü,
Altdan- altdan sənə, bax, göz qoyurmu?

Uç sən, ay kəpənək, uç yorulmadan,
Heyranı olduğun gülün xətrinə,
Arada dincini almaq istəsən,
Ziyanur şeirinin gəl qon sətrinə...


ŞƏHİD VERƏN EV

Şəhid verən ev müqəddəs məkan,
Onların önündən ehtiramla keç,
Şəhid qisasını almağa, oğlum,
Özünə söz verib, qəlbində and iç.

Şəhid verən ev -“Vətən” məktəbi,
Müəllimdi ata, ana burada.
Oxu da “Vətən”di, yazı da “Vətən”,
Vətəndi, Vətəndi, bil imtahan da.

Onlar qurban verib həyatlarını,
Bu torpq uğrunda, Vətən yolunda.
Onların adını yaşatmalıyıq,
Yaşatsaq şad olar, ruhları onda.

Şəhid verən hər ev müqədds məkan,
Onların önündən ehtiramla keç.
Şəhid qisasını almağa oğlum,
Özünə söz verib, qəlbində and iç.


İTƏN SEVGİ

Nə yaman ayırdı, izi vaxt, zaman,
Nə vaxtdır görmürük bir- birimizi,
Elə bil dünəndi görüşdüyümüz,
Indi xatirədir, hər görüş özü.

Bir təmiz sevgiydi, bil, var- yoxumuz,
Onu itirməkdi təkcə qorxumuz,
Onu da itirdik... Sevgi oxumuz,
Dəydi birdən daşa, mat qaldıq düzü.

Çiçəklər açanda çiçəklər idik,
Küləklər əsəndə küləklər idik,
Tanrıya tapınan məlklər idik,
Bəs niyə, bu eşqin qalmdı izi?

Tapılmaz bir daha itən bu sevgi,
Dönüb qızılgülə, bitən bu sevgi,
Hər iki ürəkdə tikan, bu sevgi,
Ağryıar, incidər hər zaman bizi.


MƏHƏBBƏT

(Mənsur şeir)

Ömür bağında bir güldür məhəbbət!
 Vaxtında açması ömrə bəzək, zinət.
 Ətrindən ömrə pay düşər.
Vaxtsız açması artıq əzab, artıq yük.
 Gəlişindən ömrə hay- haray düşər. 
Kimsəsiz, yazıq görünər,
tənhalıqdan üşüyər vaxtsız açan gül!

İSTƏK

Gəlişinə qurban dedim,
Gedişinə heç nə.
Getməyib
yanımda qalasan deyə.


Fərzalı ZİYANUR



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar