Xəbər lenti
Yaxşı ki, dünyada yaxşılar da var…
Yaxşı ki, dünyada yaxşılarda var…
Elə insanlar var ki, onlarla tanışlıq insanın yaddaşına ömürlük həkk olunur, düşüncələrində bir yenilik yaradır, həyata baxışın dəyişir. Mən tanış olduğum 70- dən çox kitabın müəllifi, “Avropanəşrmətbu” evinin Qızıl medalçısı, “Qıızıl qələm mükafatı laureatı, RVT-nin bir neçə dəfə medalçısı, xalqın nüfuzlu ziyalısı-ilin ailimi, 30-dan çox media diplomu və fəxri fərmanların mükafatçısı, dini qurumlar tərəfindən təltif edilmiş “Qalil Sultan” fəxri diplomçusu professor Hacı Tofiq Seyidzadə məhz belə insanlardandır. Onun haqqında nəinki saatlarla, hətta günlərlə danışmaq olar. Hacı Tofiq Seyidzadə ilə ilk tanışlığımız 2016-cı il aprel ayında C.Cabbarlı adına Gənclər kitabxanasında başlayıb. Bütün intellektli insanlar kimi onun da kitabxanaya olan yuksək münasibəti diqqətimi cəlb etdi. Kitabxana işçisi olduğumu bildikdən sonra öz imzası ilə xeyli kitabını mənə hədiyyə etdi. O vaxtdan keçən müddətdə ara-sıra görüşsək də Tofiq müəllim mənim yaddaşımda gözəl bir insan kimi gözəl yer tutub.
Hacı Tofiq Seyidzadə vətənpərvər, keçmişi ilə fəxr edən, gələcəyə inamla addımlayan az-az rast gəlinən insanlardandır. İşində dəqiq, bacarıqlı olan tədqiqatçı alim uğurların yalnız gərgin zəhməti bahasına qazanıb. Hacı Tofiq Seyidzadə fəxr ediləsi nüfuzlu ziyalı və alimdir. Onun həyatı yazılarında, məqalələrində öz əksini tapıb. Hörmətli qələm ustası, yorulmaq bilməyən bu yaradıcı insan gərgin əmək bahasına ərsəyə gəlmiş düşüncələrini kağız üzərinə köçürür və Azərbaycanda, eyni zamanda xaricdə fəaliyyət göstərən 72 qəzet və jurnallarda məqalələri ilə çıxış edir.
Son günlər çapdan çıxmış “Aşıq və şair qardaşları”, “Xalqımıza qarşı törədilən faciyələr, talanlar və qanlı cinayətlər” adlı kitabları qarşımdadır.
“Aşıq və şair qardaşları” kitabında şairlərin deyişməsi duzlu, mənalıdır.
“Xalqımıza qarşı törədilən faciələr, talanlar və qanlı cinayətlər” adlı kitabında xalqımıza qarşı törədilmiş faciələr erməni vəhşiliklərinin törəddikləri qanlı cinayətlər, soydaşlarımızın dogma yurd-yuvasından didərgin salınması, onların var dövlətlərinin talan edilməsi faktları açıqlanır.
Hacı Tofiq Seyidzadənin bütün yaradıcılıq fəaliyyəti yüksək qiymətini almış və müxtəlif mükafatlar qazanıb.
Hacı Tofiq Seyidzadə yaradıcı insan olmaqla yanaşı, həm də sözü və əməli eyni vəhdət təşkil edən el ağsaqqalıdır. O, ömürlük insanların yaddaşına həkk olub. Fəal ictimai xadim, təşkilatçı kimi, bütün tədbirlərin iştirakçısıdır. Eyni zamanda o, rastlaşdığı haqsızlığa qarşı həmişə barışmaz mövqe nümayiş etdirir. Ehtiyacı olan insanların problemlərini həll edənə qədər müxtəlif qapıları döyməkdən yorulmayan bir insandır. Məndə çətin anlarımda Hacı Tofiq müəllimə üz tutmuşam, həmişə də ondan bir ata qayğısı, mənəvi dəstək görmüşəm. Hər dəfə Hacı Tofiq müəllimdən qayğı görəndə yadıma bu misralar düşür:
Yaxşı ki, dünyada yaxşılarda var,
Yaxşılar ömürə ömür qatarmış.
Mən Hacı Tofiq müəllimə can sağlığı, işində, yaradıcılığında yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram.
Yeni yaşınız mübarək.
Ağcabədi MKS: Gülşən Quliyeva
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar