Xəbər lenti
Gec anladım, öz elində xoşbəxtliyin tapar adam - Coşqun XƏLİLOĞLU
Coşqun XƏLİLOĞLU
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Azərbaycan Yazıçılar Birliyinin üzvü
QƏRİBƏM
Doğma diyrdan uzaqda yaşayan bəzi soydaşlarımızın dilindən
Papağı yandırdım günə,
Neçə ilim hədər oldu.
İşlərim düşdü düyünə,
Qazancım qəm - kədər oldu.
Neçə ilim hədər oldu.
İşlərim düşdü düyünə,
Qazancım qəm - kədər oldu.
Ayrıldım eldən, obadan,
Yad yurd elimə tən olmaz.
Öyüddür- Qorqud babadan:
-Hər rahat yer vətən olmaz.
Yad yurd elimə tən olmaz.
Öyüddür- Qorqud babadan:
-Hər rahat yer vətən olmaz.
Gözlərim elə bağlandı,
Könül verdim yad qızına.
Ürəyim elə dağlandı,
Susaldı... çətin qızına
Könül verdim yad qızına.
Ürəyim elə dağlandı,
Susaldı... çətin qızına
"Oğul" dedi mənə anam
Oğul olammıram hələ.
Gözləyib kimdənsə ənam
Yaşayıram elə-belə.
Oğul olammıram hələ.
Gözləyib kimdənsə ənam
Yaşayıram elə-belə.
Bir az pulum var əlimdə,
Nə fayda-qəribəm, yadam.
Gec anladım... öz elində
Xoşbəxtliyin tapar adam.
Nə fayda-qəribəm, yadam.
Gec anladım... öz elində
Xoşbəxtliyin tapar adam.
Gecə keçib yatammıram,
Bir azdan açılar sabah.
Bu gün gecdir-çatammaram,
Gedim bilet alım sabah...
Bir azdan açılar sabah.
Bu gün gecdir-çatammaram,
Gedim bilet alım sabah...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar