Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dolur otağıma küləklə, sislə, üz-üzə dayanıb payız mənimlə - Zaur Əskərovun şeirləri

Tarix: 09-08-2024 10:12     Baxış: 4179 A- / A+
Manevr.az Zaur Əskərovun payız ovqatlı şeirlərini təqdim edir:

Üzü payıza

Könlümdə bir bahar yaşılı qalıb,
Hələ də könlümdə göyərir budaq.
Könlümdə göy çəmən işığı qalıb,
Kimdir bəs qapımı döyən bu qonaq?

Köz-köz tüstülənir odum, ocağım,
Bir yaz zümzüməsi göynər dodaqda.
Necə üz çevirim, bahardan keçim?
Ömür göyərtmişəm mən ki o çağda!

Dolur otağıma küləklə, sislə,
Üz-üzə dayanıb payız mənimlə.
- İndi ha könlündə bənövşə bəslə! -
Danışır bir-iki ağız mənimlə...

Deyirəm: - Bir aman! Bahardan içim...
Qalıb göy tumurcuq gözü yumulu...
Əynimə don biçir payız, bir biçim,
Ayağım geyinir gurşad çamuru.

Başımın üstündə qızılı çətir,
Döşənib yoluma xəzəl xalısı.
Deyir: - Karvanını gəl yola gətir!
Bax, söyüd saçında payız xınası...

Qaralan buludlar gecə qatarı,
Sozalıb günəşin od püskürtüsü.
Bu payız taleyin hökmü, vadarı,
Bu yağış göylərin qəlb hönkürtüsü.

Üst-başım payızdır, çağım da payız,
Alnıma payıın izi düşübdür.
Aranım payızdır, dağım da payız,
Payızın könlümə gözü düşübdür.

Payız, içimdəki bahara dəymə,
Bir də o bahardan gələn ki deyil.
Payız, gəl özünü beləcə öymə,
Könül var, saralıb-solan ki deyil.

Taleyim nə desin vaxtın əmrinə?
Üzümdə payızdan xəzəllik qalar.
Yüz xəzan yetişə payız ömrümə,
Könlümdə bir bahar gözəllik qalar.

Könlümdə baharla üzü payıza,
Gedirəm, bu çağın içindən keçib.
Könlümə yaxın gəl, boylan avaza,
Duyğular bir bahar bulağı içib.


Həsrət

Həsrət
gözlərin baxa-baxa 
əllərinin yetə bilmədiyi,
yolları dolanan baxışlarının
üzünə gülmədiyi,
taleyinin
qəlbindən axan göz yaşlarını silmədiyi
həyatdır,
için-için kədəri oxşayırsan...
Həsrət
sevginin ölmədiyi
nicatdır,
özündə yaşadırsan...


Doğulmuşam

Bir ocağam, odum bəlli,
Yanar közdən doğulmuşam.
Ruhum bəlli, adım bəlli,
Anam sözdən doğulmuşam.

Söz könlümün dərgahıdır,
Söz min əhdin pənahıdır.
Söz yolumun sabahıdır,
Mən bir izdən doğulmuşam.

Nəfəsimdə özüm varam,
Öz səsimdə özüm varam.
Öz içimdə özüm varam,
Mən o özdən doğulmuşam.

Zaur Əskərov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar