Xəbər lenti
"Karvanı Bakıdan Tovuza ensin, sarvanı dincəlib, rahatlanıbdır" - Elman Tovuza AĞI

AĞI
Elman Tovuza
Bir ağı söylədim dağlara sarı,
Dağlar söylədi ki, ünü çatıbdır.
Sinəsi dağlının dağı böyükdür,
Ayağı bağlının günü batıbdır.
Cənnət köhləninə atlansın, minsin,
Taleyi gülmürdü, bugündən gülsün,
Karvanı Bakıdan Tovuza ensin,
Sarvanı dincəlib, rahatlanıbdır.
Bir ağ gün görmədi oldu-olalı,
Bir ömür yaşadı başı bəlalı,
Soldu cavanlıqdan yaşılı-alı,
Ruhu səmalara qanadlanıbdır.
O şairdi, ömrü sözə satandan,
Söz sazına, saz sinəyə yatandan,
Ayağını fələk də bağlayandan,
Dərdli başın şeirlərlə qatıbdır.
Dünya fani, hər nəfəsin qardadır…
Ay Adilə, gələn-getməz hardadır?!
Günəş burda doğar, sabah ordadır,
Ölü bizik, amma Elman yatıbdır.
Adilə Nəzər
31.07.2024
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































