Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

"Patriarxın payızı" - Anarın son hekayəsi

Tarix: 29-07-2024 17:58     Baxış: 3198 A- / A+
KƏRAMƏT

Anara aid deyil...
 
 HƏZİN BİR SONLUQ....
...konkret olaraq bir şair-yazıçı mənim hədəfim deyil, ona ədəbiyyatın ümumprosesi içindəki yeri, rolu, irəliçi ədəbi düşüncəylə necə ayaqlaşdığı prizmasından baxıram və ya baxmağa çalışıram...və ədəbiyyatımızın vitrinindəki, sərgilənən-tədbirlənən-mükafatlanan-mənzil-ad verilən vur-çatlasının nə qədər gülməli, eyni zamanda acınacaqlı sonluğunu görməkçin normal düşüncə sahibi olmaq yetər...hə, bu xaosdan bəhrələnən gürüh suyu daha çox bulandırır, ədəbi ekosistemi daha çox korladır ki, ara xəlvət tülkü bəylik  gedişatı davam etsin. 

MƏN ,ən azından "SOS" işarəsi verirəm, getdiyimiz ədəbiyyat yolunun yol olmadığını səsim yetdikcə deyirəm.
Yeri gəlmişkən; Ədəaləti təkcə özüm üçün istəmirəm, hamıya-mənə də, ancaq mənim ədəbi haqqımı yeyənlər elə dünən Əli Kərimin, Məmməd Arazın və yaşıdlarım Şaiq Vəlinin, Eyvaz Əlləz oğlunun haqqını yeyənlərin eynisidir və bizdən sonra gələn istedadı-haqqı olanların da günahına batırlar. Ədəbi diktatura mühiti, ədalətsiz mənzil, iş paylaşımları, özbənzəri reklamıyla...qoy bunu da deyim ki,...istəsəydim özüməhaq alardım, qarşılıqlı hörmətim də var, o yolları da yaxşı bilirəm, amma doğru saymıram.

Anar haqqında çox yaxşı bir yazım var: 15 il qabaq "Azərbaycan dili və Ədəbiyyatın tədrisi " jurnalında, bir də hansısa qəzetdə gedib, hə bu yazıya görə təşəkkür də etmişdi....Yazmışam ki...
..60-70-ci illərdən ANAR imzasını götürsən AZƏRBAYCAN ƏDƏBİYYATI BÖYÜK BİR BOŞLUQ İÇİNDƏ QALAR..(yenə də o fikirdəyəm).  davam etmişəm, indi də doğru təsbit olduğu qənaətindəyəm-
ANARI TƏRİFLƏYƏNLƏR DƏ, TƏNQİD EDƏNLƏR DƏ EYNİ ANANIN BİC ÖVLADLARIDIR.
İni də bu vələduznalardı, əsasən də tərifçilər...

Ədəbiyyat bu-larçın ev-maşın-iş-bağ-şöhrətin URUSİYƏTbazardı..və mübarizə də bunun üstündə qurulub.
Anarın son hekayəsi ...İLK CÜMLƏDƏN SONRA "ANAR" İMZASINA HÖRMƏTİMDƏN DOLAYI OXUMADIM...(bu qənaətdəyəm ki, bunu O, yazmayıb) "Gözlənilən bir qətlin tarixçəsi" olsa da, (əslindı "Qanlı bazarertəsi"di , bizdə belə çeviriblər və mətnəuyğundur), məni çox acıtdı, kədərləndirdi...Niyə 20 ildi yaza-yaza heçnə ifadə edə bilməyən Anarın düşdüyü hal Anarın 90-cı illərdən başlayaraq ANARI qarış-qarış itirməsiydi, gözləniləndi..adam qəlbindəki SON ALLAHI da öldürməz, vicdanın da bir guşəsində məsum uşağı qorumalı ...istedadı qorumaq budu elə.                                      
F. Dostoyevskinin "Budala"sında..
..Ümidli birisi çıxıb iki ağac əksə, hərkəs gülər: "Yahu, bu ağac böyüyüncəyə qədərr yaşayacaqsamı sən?"
Kimsəylə şəxsi problemim yoxdur, məni problem görənlərlə də...amma mən ağacı  özümə görə əkmirəm ki, fikrimi də sizin al-ver yanaşmanıza görə demirəm...
Anarın son hekayəsi...bu Anarın hekayəsi deyil..nə dediyimi hamıdan çox yenə də Anar anlar..."ANLAMAQ DƏRDİ" esse-araşdırmasındakı kimi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar